Ermənistan Zəngəzur dəhlizinin təməlqoyma vaxtını AÇIQLADI
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan TRIPP layihəsinin (Zəngəzur dəhlizi) təməlinin 2027-ci ilin əvvəlində qoyulmasının mümkün olduğunu açıqlayıb.
Modern.az xəbər verir ki, səfir bu barədə jurnalistlərlə söhbətində danışıb.
Onun sözlərinə görə, proqram çoxsaylı komponentləri əhatə edir və hazırda bununla bağlı müvafiq araşdırmalar aparılır.
“Biz bütün mərhələləri keçmişik. Bizim tərəfdən Vaşinqtona çoxsaylı nümayəndə heyətləri göndərilib, Vaşinqtonda müxtəlif idarələrarası görüşlər keçirilib. İndi isə proqram yetişib və praktiki icra mərhələsinə keçib. Düşünürük ki, gələn ilin əvvəlində təməlqoyma mərasiminin keçirilməsi mümkün olacaq”, – diplomat bildirib.
Mkrtçyan qeyd edib ki, hətta adi bir binanın tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasının nə qədər vaxt apardığını nəzərə almaq lazımdır.
“İndi isə təsəvvür edin ki, bu layihənin nə qədər çox komponenti var”, – Ermənistanın ABŞ-dakı səfiri əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 02 Oktyabr 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















