Icma.az
close
up
RU
Ermənistana məxsus 6 milyardlıq silah sursatlar: Müharibə vaxtı hansı ölkələr verib?

Ermənistana məxsus 6 milyardlıq silah sursatlar: Müharibə vaxtı hansı ölkələr verib?

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərinin sakinləri ilə görüşüb.

Dövlət başçısı onlarla görüşü zamanı müxtəlif məsələlərə, eyni zamanda vaxtilə Ermənistana pulsuz silah verilməsindən danışıb.

Prezident Ermənistana 44 günlük Vətən Müharibəsi və antiterror əməliyyatı zamanı verilən silahların əsl məqsədini də açıqlayıb.

"İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki, Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi. Bütün bu silahlar onlara pulsuz verilirdi, bir məqsədlə ki, işğal davam etsin, bir məqsədlə ki, azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, bir məqsədlə ki, Ermənistanla Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həll olunmasın” - deyə İlham Əliyev sakinlərlə görüşdə vurğulayıb.

Bəs, müharibə dönəmində Ermənistana 5-6 milyard dollarlıq silahlar hansı ölkələr tərəfindən verilmişdi?

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Qarabağ Müharibəsindən bu günə qədər Ermənistana verilən silahlar Rusiya tərəfindən göndərilib:

"44 günlük Vətən Müharibəsi və ondan sonra həyata keçirilən əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələri düşmənin 6 milyard dollarlıq silah-sursat, texnika, avadanlıq və vasitələrini sıradan çıxarıb və ya onları qənimət olaraq ələ keçirib. Təbii ki, Ermənistanın heç vaxt belə miqdarda hərbi təyinatlı vasitələr əldə etməsi üçün maddi imkanları olmayıb. Bu maliyyə imkanları əsasən Ermənistanı dəstəkləyən, münaqişənin həllinə əngəl olan ölkələr tərəfindən həyata keçirilib. Qarabağ Müharibəsindən bu günə qədər Ermənistana verilən silahlar Rusiya tərəfindən göndərilib. Onların əksəriyyəti isə SSRİ dövründə istehsal edilmiş və bəziləri isə xidmət müddətini başa vurmağa az qalan bir vasitələr olub:

Hərbi ekspert qeyd edib ki, Ermənistanın məruz qaldığı hərbi itkiləri bu ölkənin hərbi büdcəsinin ən azı iki qatına yaxın idi, çünki Rusiyadan başqa onların silahlanmasında Fransa, Hindistan, Çin kimi anti-Azərbaycan fikirli dövlətlər iştirakçı olub:

"Ermənistanın silahlanmasında az dərəcədə Fransa, Hindistan, Çin hərbi vasitələri mövcud olsa da, onların müharibə vaxtı istifadəsinə rast gəlmədik. Bu isə ondan qaynaqlanır ki, Ermənistan həmin vasitələri Qarabağ ərazisinə yeritməyə risk etmədi, onların da digər texnikalar kimi sıradan çıxarılması ehtimalı çox yüksək idi. Ümumilikdə isə, müharibə zamanı Ermənistan tərəfinin məruz qaldığı texnika, vasitə və avadanlıq itkiləri bu ölkənin hərbi büdcəsinin ən azı iki qatına yaxın idi. Xatırladıram ki, sözügedən itkilər yalnız Azərbaycan tərəfindən sıradan çıxarılan, əlimizdə görüntüləri və digər sübutları olan vasitələrdir. Reallıqda isə bu rəqəmin bir qədər də artıq olması ehtimalı böyükdür".

Mikayıl Mirzəzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 21 Avqust 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri