Icma.az
close
up
RU
ErmənistanAzərbaycan arasında davamlı sülh olmadan Qərbi Azərbaycana dinc qayıdış mümkün deyil

ErmənistanAzərbaycan arasında davamlı sülh olmadan Qərbi Azərbaycana dinc qayıdış mümkün deyil

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qaçqın və məcburi köçkünlərin öz doğma topraqlarına qayıdışı təməl insan hüquqlarından və beynəlxalq hüququn əsas prinsiplərindən biri hesab olunur. 1948-ci ildə qəbul edilən Ümumdünya İnsan Hüquqları Bəyannaməsində (maddə 13.2) qeyd edilib ki, hər kəsin ölkəsində yaşamaq və öz ölkəsinə qayıtmaq hüququ vardır. Bu hüquq 1948-ci ildə qəbul edilən 4-cü Cenevrə Konvensiyası (maddə 49), 1966-cı ildə qəbul edilən Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Konvensiya (maddə 12.4), İrqi ayrı-seçkiliyin bütün formalarının qadağan olunması haqqında Konvesiya (CERD) (maddə 5d(II)) və s. hüquqi sənədlərlə də təsbit olunub. Elə buna görədir ki, Vətən müharibəsindən sonra Ermənistanın Azərbaycana qarşı CERD tətbiqi ilə qaldırdığı beynəlxalq məhkəmə işlərində Qarabağ ermənilərinin geri qayıtma hüququnun təmin olunmasını tələb etdiyi qeyd edilə bilər”.

Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə açıqlamasında bildirib ki, lakin, Azərbaycan qarşısında belə bir iddia qaldıran Ermənistan özü işğal dövründə 1 milyonadək qaçqın və məcburi köçkünün geri qayıdış hüququnu təmin etməmişdir. Belə ki, 1987-1991-ci illərdə Ermənistandan qovulan 250 mindən çox qaçqın, 1991-1994-cü illərdə Qarabağdan 750 minədək məcburi köçkün öz təməl hüquqlarından faydalana bilməyib.

Şəhla Cəlilzadə

Şəhla Cəlilzadə deyir ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad edib “Böyük Qayıdış” dövlət proqramını elan edərək bu ərazilərdən məcburi köçürülmüş insanlarımızın təməl insan hüquqlarını məhz özü təmin etməyə nail oldu. Təəssüf ki, Ermənistandan qaçqın düşmüş soydaşlarımızın qayıdış hüquqları hələ də təmin olunmayıb.

“Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, biz o yerlərə də qayıdacağıq, lakin Qarabağdan fərqli olaraq Qərbi Azərbaycana tank və topla deyil, sülh yolu ilə qayıdacağıq. Elə buna görədir ki, Qərbi Azərbaycanlıların qayıdış hüququnun təmin olunması üçün bütün platformalarda ciddi əməli işlər aparılır. Həm beynəlxalq hüquq aspektləri qabardılır, həm qlobal ictimaiyyətin məlumatlandırılması işi görülür. 6 dekabrda 51 ölkədən 101 xarici nümayəndənin (o cümlədən 7 ölkədən 11 parlament üzvü, 2 ölkədən prezident müşavirləri, 1 sabiq nazir, 2 sabiq səfir, ictimai təşkilatlar və beyin mərkəzləri nümayəndələri, professorlar və hüquqşünasların) iştirakı ilə keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans baş tutub”-deyən Şəhla Cəlilzadə qeyd edib ki, 5 dekabr Qərbi Azərbaycanlıların deportasiyasının anım günüdür.

“Anım günü ilə əlaqədar müvafiq tədbirlərin keçirilməsi artıq bir ənənə halını alıb. Ötən il də bu gündə də eyni mövzulu beynəlxalq tədbir keçirilmişdi. Bu tədbirlər hazırda 120 milyondan çox insanın məcburi köçkün olduğu dünyamızda Azərbaycanlı qaçqınlar barədə duyarlılığın artırılmasına xidmət edir. Ermənilərin geri qayıdışı üçün çağırış edərək azərbaycanlı qaçqınlar barədə susan Avropa İttifaqı, hətta Azərbaycana qarşı Qarabağ qaçqınlarına görə sanksiya tətbiqini təklif edən ABŞ konqresmenləri nə qədər bizim hüquqlarımızı görməzdən gəlsələr də, Azərbaycanın keçirdiyi bu cür tədbirlər acı reallığı dünyanın gözü qarşısına sərmiş və qlobal erməni şəbəkəsinin və onların Qərb havadarlarının dezinformasiya siyasətlərinin ifşasını həyata keçirmiş olur”-deyə politoloq əlavə edib.

Şəhla Cəlilzadə bildirib ki, Azərbaycanlılar Ermənistandan indiyədək 4 dəfə deportasiyaya məruz qalıb: 1905-1907, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə. Bu dəhşətli deportasiyalar fonunda zaman-zaman torpaqlarımızın Ermənistana birləşdirilməsi prosesi də baş vermiş, "azərbaycanlısızlaşdırılmış" torpaqlarımızın maddi-mədəni irsi yer üzündən silinmişdir: “Vaxtilə Qarabağdakı erməni mədəni irsinin vəziyyətini qiymətləndirmək üçün bura səfər etməyə can atan UNESCO və BMT missiyası indi Ermənistanda Azərbaycanlıların mədəni irsinin vəziyyətini öyrənərək ədalət tərəzisində tarixi qiymətləndirmə apara bilərlər. Biz hazırda tarixi ərazi iddiası etmirik, sadəcə olaraq geri qayıdış hüququmuzun təmin olunmasını tələb edirik. Bu da Ermənistan-Azərbaycan arasında davamlı sülh olmadan mümkün görünmür. Odur ki, Qarabağa ermənilərin qayıdışını tələb edən ermənilər sadəcə Azərbaycana ərazi iddialarını özündə əks etdirən hüquqi sənədlərini, o cümlədən Konstitusiyalarını deyil, həm də milli siyasətlərini dəyişərək Azərbaycanlılara geri qayıdış hüququnu təmin etməlidirlər. Regional sülh və sabitlik yalnız ədalət daşları öz yerinə oturduqdan sonra təmin oluna bilər”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Dekabr 2024 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri