Ermənistanda ağcaqanad dişləməsi ilə keçən virus qeydə alınıb
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Ermənistanda ağcaqanadlar vasitəsilə ötürülən virusun yaratdığı Qərbi Nil qızdırmasına (QNQ) bu il ilk yoluxma halı qeydə alınıb.
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, ilk və yeganə yoluxma halı iyunun 3-də aşkarlanıb.
Qeyd edilib ki, yoluxanların təxminən 80 faizində xəstəliyin əlamətləri özünü göstərmir.
Kliniki simptomlara başağrısı, mialgiya, səpgi, artralgiya, başgicəllənmə, ağır hallarda isə meningit, ensefalit, həmçinin mərkəzi və ya periferik sinir sisteminin zədələnməsi əlamətləri daxildir.
Xatırladaq ki, Ermənistanda bu viral xəstəliyə ilk yoluxma halı 21 avqust 2024-cü ildə qeydə alınıb. Qərbi Nil qızdırması insanlara ağcaqanad dişləməsi ilə keçir. İnfeksiya adətən simptomsuz inkişaf edir. Xəstəliyin mümkün əlamətləri qripəbənzər simptomlar və dərinin səpməsidir.
Baxış sayı:84
Bu xəbər 04 İyun 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















