Ermənistanda da Prezident Administrasiyasının sabiq rəhbəri saxlanıldı
Icma.az bildirir, Modern.az portalına istinadən.
Ermənistanda Prezident Administrasiyasının sabiq rəhbəri Vardan Makaryan saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə müstəqil jurnalist Vahe Makaryan öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Vardan Makaryan bir müddət əvvəl “Güclü Ermənistan” Partiyasının lideri Samvel Karapetyanın və onun qardaşı oğlu Narek Karapetyanın yaşayış yerlərində, eləcə də onlarla əlaqəli şəxslərin ünvanlarında genişmiqyaslı axtarışlar aparıldıqdan sonra saxlanılıb.
Vardan Makaryan 2020-ci ildən bu ilin əvvəlinədək “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin Direktorlar Şurasının üzvü vəzifəsində çalışıb.
Məlumatda qeyd olunur ki, axtarışların böyük ehtimalla şirkətin milliləşdirilməsindən sonra “Ermənistan Elektrik Şəbəkələri”ndə başlanmış proseslərlə əlaqəli olduğu ehtimal edilir.
Qeyd edək ki, Vardan Makaryan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın aparat rəhbərinin müavini, dördüncü prezident Armen Sarkisyanın aparat rəhbərinin vəzifəsini müvəqqəti icra edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 04 Noyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















