Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunan müxalif hərəkat üzvlərinin işi məhkəməyə göndərilib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistanda revanşist hərəkatın rəhbərləri və üzvləri də daxil olmaqla, 18 nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA erməni KİV-ə istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin Dövlət, Konstitusiya Quruluşu və İctimai Təhlükəsizlik Əleyhinə Cinayətlərin İstintaqı Baş İdarəsində aparılan istintaq üzrə “Müqəddəs mübarizə” hərəkatının fəallarına qarşı terror aktlarının hazırlanması və dövlət çevrilişinə cəhd maddələri üzrə ittiham irəli sürülüb.
O da qeyd edilib ki, istintaq dövrü üçün 17 nbəfər barəsində həbs, bir nəfərlə bağlı isə polisin nəzarəti altına verilmə və ölkədən çıxışa qadağa qətimkan tədbirləri tətbiq olunub.
Hazırda cinayət işinin materialları ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora təhvil verilib.
Növbəti mərhələdə isə iş baxılması üçün məhkəməyə göndəriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 07 Avqust 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















