Icma.az
close
up
RU
25 Dekabr 2025 “Milli İdeallar Günü”

25 Dekabr 2025 “Milli İdeallar Günü”

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Böyük İdeallar Araşdırma Mərkəzinin təşəbbüsü ilə ilk dəfə olaraq “Milli İdeallar Günü” keçirilib. Tədbirin əsas məqsədi milli kimlik, ideya mədəniyyəti və müasir Azərbaycan düşüncəsinin strateji istiqamətlərini ictimaiyyətə təqdim etməkdir.

Tədbir elm və sənətin vəhdəti üzərində qurulmuşdu. Tədbir aparıcı Güllü xanım Seyidlinin giriş sözü və qəhrəman şəhidlərimizin xatirəsinə sayğı duruşu ilə açıldı. BİAM yetkilisi Xalidə xanım “Milli İdeallar Günü”nün təsisini əsaslandıran bəyanatı oxudu. Daha sonra ustad aşıqlar- aşıq Cahangir Quliyev və aşıq Şaiq İncəlinin ifasında el adətinə uyğun olaraq “Ustadnamə” və “Divani” ilə mənəvi açılışı etdilər. Açılışda BİAM sədri Zalimxan Məmmədli milli ideal anlayışının Azərbaycan üçün əhəmiyyətindən danışaraq bildirdi ki, “İdeallar millətin yönünü, ritmini və ruhunu müəyyənləşdirən strateji gücdür.” Bildirdi ki, İdeyalar olmasa millik birlik olmaz, milli birlik olmasa, güclü dövlət qura bilmərik, güclü dövlət olmasa ideallarımız gerçəkləşməz.

Daha sonra, elm adamları, ziyalılar və yaradıcı şəxslərin qısa çıxışlarından ibarət panel keçirilib. Birinci paneldə professorlar Alşan Həsənov, Vaqif Nəsir, Rzaxan Mahmudov və məşhur diktor, xalq artisti Eldost Bayram təhsilin milli kimlik və milli şüurun formalaşmasında rolu mövzusunda çıxışlar edib, təkliflərini verdilər. İkinci paneldə isə, “Təzadlar”ın qurucusu Asif Mərzili, “Xəbərmən”TV-nin qurucusu İlqar Salmanov və “Xural”-ın təmsilçisi İlqar bəy Hüseynli mətbuatın milli şüurun formalaşmasında rolu və yeri mövzusunda maraqlı çıxışlar etdilər. Çıxışçılar milli kimliyin yenilənməsi, ideyaların müasirliyi və Azərbaycan düşüncəsinin böyük xətti haqqında öz baxışlarını təqdim ediblər.

BİAM İH tərəfindən milli-mənəvi dəyərlərin qorunması və təbliğində fədakarlıq göstərən Güllü Eldan Tomarlıya, Çiçək Mahmudqızına və aşıq Nargilə Mehdiyevaya “Milli İdeallara Xidmət” diplomlarının verilməsi haqda qərar elan olundu. Güllü Tomarlıya ödül təqdim edildi. Professor Nəsib Nəsibli, Güllü Tomarlı, professor Esmira Fuad, Dədə Camal Mustafayevin qızı Leyla xanım və digər ziyalılar çıxış etdilər.

Tədbirdə BİAM tərəfindən hazırlanmış strateji istiqamət – “Azərbaycan 2050 - Üç İlahi İdeya” təqdim olunub. Bu ideyalar Vahid Vətən konsepti, Turan mədəni-sivilizasiya xətti və Qafqazın yeni humanitar fəlsəfəsini özündə birləşdirir. Daha sonra Suay xanım, Tural bəy “Gənclərin müraciəti”ni, təcrübəli pedoqoq Şölə xanım Zərgərli isə tədbirin yekun deklorasiyasını tədbir iştirakçılarının nəzərinə çatdırıblar. Hər iki sənəd məmnunluqla qəbul olunub.

Tədbir boyu aşıqların, ustad Mərkəz Şuşalının rəhbərliyində muğam üçlüyü, ustad Musanın rəhbərliyində qara zurna üçlüyü bir-birindən gözəl ifaları ilə bayram ovqatı yaratdılar. 12 yaşlı aşıq Adil Məmmədlinin sazda ifaları isə məclisə xüsusi gözəllik bəxş etdi.

Gecənin sonunda iştirakçılar BİAM-ın hazırladığı “İdeala sədaqət andı”nı birlikdə səsləndiriblər. Tədbir musiqi proqramı və səmimi ziyafətlə davam edib.

Sonda isə aşıq Cahangir və aşıq Şaiq “Müxəmməs”lə el adətinə uyğun məclisi bağladılar.

“Milli İdeallar Günü” bundan sonra hər il dekabrın 25-də ölkənin düşüncə həyatının mühüm hissəsi kimi davam etdiriləcək.

Böyük İdeallar Araşdırma Mərkəzi (BİAM)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Dekabr 2025 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri