Icma.az
close
up
RU
25 avtomobil hərraca çıxarılır

25 avtomobil hərraca çıxarılır

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Gələn il martın 3-də dövlət qurumlarının balansında olan nəqliyyat vasitələri açıq hərraca çıxarılacaq. Hərraca müxtəlif nazirliklərə, dövlət qurumlarına və publik hüquqi şəxslərə məxsus minik, yük, avtobus və xüsusi təyinatlı avtomobillər təqdim olunacaq.

Gununsesi.info xəbər verir ki, təqdim olunan nəqliyyat vasitələrinin bir hissəsi 25 və 50 faiz endirimlə təkrar hərraca çıxarılır.

Hərraca çıxarılacaq ən bahalı avtomobil Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinə məxsus 2014-cü il buraxılışlı “Audi A6″nın start qiyməti 19 min manatdır. Ən ucuz nəqliyyat vasitəsi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin balansında olan “KamAZ 6520” yük avtomobilidir, onun start qiyməti isə 1 400 manat təşkil edir.

Hərraca çıxarılan nəqliyyat vasitələri arasında Müdafiə Nazirliyinin balansında olan 1998-ci il buraxılışlı “IVECO” markalı avtobus, 2003-cü il buraxılışlı “Mercedes-Benz S350” minik avtomobili və bir neçə “PAZ-3205” avtobusu yer alır. Bu nəqliyyat vasitələrinin start qiymətləri 3 750 manatdan 15 000 manata qədər dəyişir.

Hesablama Palatasına məxsus 2014-cü il buraxılışlı iki “Toyota Camry” minik avtomobili müvafiq olaraq 10 min 500 və 10 min 750 manat start qiyməti ilə hərraca çıxarılacaq. Nazirlər Kabinetinin İşlər Müdiri Aparatının balansında olan “BMW 730Li” və “BMW 760Li” avtomobillərinin start qiymətləri isə 5 min 500 – 6 min manat aralığında müəyyən edilib.

Xarici İşlər Nazirliyinə məxsus 2014-cü il buraxılışlı “BMW 528i” avtomobili 14 min manat start qiyməti ilə satışa çıxarılacaq.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Dekabr 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri