Icma.az
close
up
RU
“Ermənistanda revanşist qüvvələrin fəaliyyəti diqqətlə izlənilməlidir” DEPUTAT

“Ermənistanda revanşist qüvvələrin fəaliyyəti diqqətlə izlənilməlidir” DEPUTAT

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri fonunda Erməni kilsəsinin və ölkədəki radikal müxalifət qüvvələrinin faktiki olaraq eyni cəbhədə birləşərək revanşist ideyaları yenidən gündəmə gətirdiklərinin şahidi oluruq. Bu isə ciddi narahatlıq doğurur. Tarixən erməni cəmiyyətini ideoloji baxımdan zəhərləyən erməni kilsəsi bu gün də eyni istiqamətdə fəaliyyətini davam etdirir”.

Gununsesi.info bildirir ki, bunu deputat Tural Gəncəliyev Milli Məclisin plenar iclasında deyib:

“Seçkilər ərəfəsində seçicilərə real və gələcəyə yönəlik heç bir vəd vermək imkanına malik olmayan bu qüvvələr diqqəti yalnız revanşizmə və Azərbaycanla yeni müharibə çağırışlarına yönəltməklə gündəmi zəbt etməyə çalışırlar.

Belə bir vəziyyət həm Ermənistanın radikal diaspor dairələri, həm də Ermənistan–Avropa İttifaqı arasında 2 dekabr tarixində imzalanmış strateji gündəm sənədində yer alan bəzi ifadələr fonunda revanşistlər üçün əlavə imkanlar yaradır. Sözügedən sənəddə Qarabağ erməniləri, didərgin düşmüş ermənilər və “Dağlıq Qarabağ” kimi ifadələrin yer alması həmin qüvvələrə bu mövzuları gündəmdə saxlamaq və regionda formalaşdırdığımız sülh gündəminə mane olmaq fürsəti verir.

Avropa İttifaqı ilə bağlı məsələdə onu da vurğulamaq lazımdır ki, Azərbaycan bu gün unikal bir mövqeyə malikdir. Avropa İttifaqının üzvü olmadan, Aİ-yə üzv ölkələrin üçdə biri ilə strateji əməkdaşlıq sənədləri imzalamış yeganə ölkələrdən biriyik. Hətta bu gün elə Avropa İttifaqı üzv dövlətləri var ki, rəsmi Brüsseldən daha çox rəsmi Bakı ilə münasibətlərini möhkəmləndirməyə çalışırlar. Cənab Prezidentin Slovakiyaya son səfəri bunun bariz nümunəsidir.

Hazırda Azərbaycan 11 Avropa ölkəsinə qaz ixrac edir ki, onların 8-i Avropa İttifaqının üzvüdür. Bundan əlavə, Vişeqrad Qrupu və digər Şərqi Avropa ölkələri ilə münasibətlərimiz yüksək səviyyədədir. Bir nömrəli ticarət tərəfdaşımız olan İtaliya ilə əlaqələrimiz isə strateji xarakter daşıyır. Bütün bunlar Avropa dairələri üçün ciddi dərs olmalıdır.

Xüsusilə keçmiş Avropa İttifaqı rəsmiləri – Josep Borrell, Federika Moqerini və Avropa Xarici Fəaliyyət Xidmətinin yol verdiyi səhvlər təkrarlanmamalıdır. Avropa isteblişmenti sülh gündəminə töhfə verməli, əks addımlar atmaqla nə Ermənistan–Azərbaycan sülh prosesinə zərər vurmalı, nə də regionda gərginliyi artırmalıdır.

Bütün bunları nəzərə alaraq, həm Ermənistanda revanşist qüvvələrin fəaliyyəti diqqətlə izlənilməli, həm də avropalı tərəfdaşlarımız daha ehtiyatlı və məsuliyyətli mövqe tutmağa çağırılmalıdır”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Dekabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see212

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see163

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see140

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see137

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri