Icma.az
close
up
RU
Menu

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Bakının 27 istiqamətində tıxac VAR Foto

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər

Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mətbuatda işləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan, yalnız etnik azərbaycanlı olduğu üçün ermənilər tərəfindən bir neçə dəfə döyülməsi barədə məlumat yayılıb.

O, zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib. Ermənilərin fiziki təzyiqinə məruz qalan təbrizli təhlükəsizliyini təmin etmədiyinə görə Ermənistan hökumətini məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb.

Düzdür, bunu bütövlükdə baş nazir Nikol Paşinyan olmaqla Ermənistan əhalisinin hamısının adına yazmaq olmaz. Ancaq həmin azərbaycanlı döyülərkən ətrafdakı ermənilərin onu müdafiə etmədiyini bildirib.

Fiziki təzyiqə məruz qalarkən ətrafdakılar ona yardım etsəydilər, heç şübhəsiz bu məlumatda əks olunardı. Təbrizliyə qarşı hücumlar Ermənistan hüquq-mühafizə sistemi, təhlükəsizlik xidmətinin də yaramaz fəaliyyətinin göstəricisidir. Çünki hadisədən hər kəsdən əvvəl onların xəbər tutması vəzifə borclarıdır.

Təbrizdən olan etnik azərbaycanlı ilk növbədə İran İslam Respublikasının vətəndaşıdır. İran isə öz növbəsində Ermənistanın xilaskarıdır. Rusiyanın imkanı olmadığı vaxt Tehran bu ölkənin əhalisini aclıqdan xilas edib. Odur ki, erməni cəmiyyəti Ermənistana səfər edən İran vətəndaşlarına hörmətlə yanaşmağa borclu sayılır.

Məsələn, onlar Fransa vətəndaşlarına nümayiş etdirdikləri tolerantlığı İslam Respublikasından olanlara göstərmirlər. Əksinə, onlardan daim şübhələnirlər. Fransaya qarşı çıxmağa cürəti çatmayan ermənilər İran hakimiyyətinə qarşı etiraz belə edirlər. Bu günlərdə Ermənistan və İslam Respublikası arasında "Aqarak" sərhəd-keçid məntəqəsi erməni TIR sürücüləri tərəfindən bağlanmışdı. Onlar Ermənistana qayıdarkən aldıqları dizel yanacağının qiymətinin İran tərəfindən kəskin artırılması qərarına qəzəbləniblər.

Mövcud qaydalara görə, Ermənistanın ağır yük maşınları İrana boş çənlərlə daxil olur, dolu geri dönürlər. Sürücülər sərhəd nəzarəti vəsiqələrinin erməni dilinə tərcümə olunmadan yalnız fars dilində verilməsinə etiraz ediblər.

İran hakimiyyətinin Ermənistana etdiyi yardımları isə sadalamaqla bitməz. Təbii qazdan tutmuş, gündəlik tələbat mallarına, hərbi avadanlığa, informasiya ilə təchiz etməyədək bütün sahələr üzrə əl tutub, yardım edib.

İslam Respublikası əhalisinin az qala yarısını Azərbaycan türkləri təşkil edir. Heç şübhəsiz Ermənistan cəmiyyətinə yardımlar həm də güney azərbaycanlıların ailəsinin boğazından kəsilib verilən tikədir. Ötən gün Ermənistanda Təbriz sakininin Azərbaycan türkü olduğuna görə döyülməsinə dair xəbər onların yaxşılığa nankorluğunun göstəricisidir.

Ötən ilin sonunda Qafanda fransalı hərbçilər Anahit adlı 15 yaşlı erməni qızı zorlayıb vəhşicəsinə döyüblər. Onlar Azərbaycan-Ermənistan sərhədində müşahidə missiyasının nümayəndələri olublar. Sosial şəbəkələrdə fransalıların bu vəhşiliklərinə etiraz olunub. Fransa Silahlı Qüvvələrinin (FAF) Bernard adlı gənc zabiti 15 yaşlı Anahitlə kafelərdən birində qızın dostları ilə əyləndiyi yerdə tanış olub.

Gənclər bir neçə dəfə görüşüblər və Bernard Anahitə fransızcasını "təkmilləşdirməyi" təklif edib. Qız fransalının kirayə qaldığı mənzilə gələndə orada Bernardın həmkarının olduğunu da görüb. Hər ikisi sərxoş imiş. Sonra qıza seksual xarakterli işgəncə veriblər. Fransalı hərbçilər yuxuya getdikdən sonra o, mənzildən qaçıb. Anahitin valideynləri polisə dərhal məlumat veriblər. Ancaq fransalıları heç kim həbs etməyib. Fransanın Ermənistandakı səfirliyi zərərçəkmiş ailə ilə əlaqə saxlayıb və "anlaşılmazlığı aradan qaldırmaq" üçün onlara "Disneyland Paris"ə səyahət təklif ediblər.

Güney azərbaycanlının döyülməsini qulaqardına vuran Ermənistan hakimiyyəti hələ də bu məsələyə aydınlıq gətirməyib. Bu ölkədə İslam Respublikası vətəndaşlarına qarşı hörmətsizliyə dair bir xəbəri də xatırlatmaq istərdik. Novruz tətilini keçirmək üçün Ermənistana səyahət etmiş bir qrup İran vətəndaşı tətil başa çatdıqdan sonra qaldıqları hoteli tərk etmək istəyib. Ancaq obyektin rəhbərliyi onlara icazə verməyib. Buna səbəb turizm agentliyinin lazımi vəsaiti hotelə ödəməməsi göstərilib.

Nəticədə İranın Məşhəd şəhərindən Ermənistana səfər etmiş 50 nəfər hoteldə girov saxlanılıb. İran vətəndaşları yalnız agentliyin hotelin bütün xərclərini ödəməsindən sonra ölkələrinə geri dönə biliblər.

Bu ilin fevralında yayılan məlumata əsasən, Ermənistanda ən çox İran vətəndaşı həbsdədir. Onların sayı 59 olub.

İran hakimiyyəti isə Ermənistana sərmayə qoymaqda davam edir. Bu günlərdə İrəvanda 18 min kvadratmetrlik ticarət mərkəzi açılıb.

İslam Respublikasından Ermənistana təbii qaz kəməri başlanğıcını Təbrizdən götürür.

Rəsmi İrəvan Şərqi Azərbaycan əyalətinin mərkəzi olan bu şəhərdə baş konsulluq açmaq istəyir.

Təbrizdə ermənilər Barun Avak (təbrizlilər ora "Barnava") məhəlləsində yaşayırlar.

Yəni İran hakimiyyəti və Güney Azərbaycan türklərinin ermənilərə bu kimi münasibətinə dair çoxsaylı nümunələr göstərmək olar.

Təbriz sakininin azərbaycanlı olduğu üçün Ermənistanda dəfələrlə fiziki təzyiqə məruz qalması bu etnik qrup cəmiyyətinin türklərə münasibətinin göstəricisidir.

Çünki Ermənistan cəmiyyəti monoetnikdir. Onlar ölkədə başqa etnosların olmasına dözə bilmirlər. 35 il əvvəl 250 minə yaxın Qərbi azərbaycanlının öz evlərindən qovulması bunu təsdiqləyir. Belə bir cəmiyyət onların repatriasiyasına dözəcək? Dünyaya demokrat, tolerant, plüralist olduqlarını car çəkən Ermənistan hakimiyyətinin mahiyyəti yeniyetmə qıza təcavüz etmiş fransalı hərbçilərlə təbrizli azərbaycanlıya edilən hücumun timsalında daha yaxşı ifşa olunur.

Məlum hadisədən bir gün sonra İranın xarici işlər naziri Abbas Əraqçı ilə ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub. Rəsmi İrəvanın nümayəndəsi yanacağın qiymətinin qalxması ilə əlaqədar erməni sürücülərin etirazını iranlı baş diplomata çatdırıb. Heç şübhə yoxdur ki, bu söhbətdə təbrizlinin döyülməsindən bəhs edilməyib.

Deməli, Ermənistan hakimiyyəti və cəmiyyəti ədaləti güclə dərk edir. Fransa güclü və öz vətəndaşının hüququnu müdafiə etdiyi üçün rəsmi İrəvan "Disneyland" səyahəti ilə razılaşıb.

Ermənistan hakimiyyəti İranı güclü saymadığı və hörmət etmədiyi üçün onun vətəndaşına qarşı dəfələrlə zorakılıq tətbiq edilib.

Rəsmi İrəvanın dözümü bu iki nümunədə aydın görünür. Onun etibarsız olduğunu, qonşulara münasibətini məlum hadisə də bir daha göstərib. Odur ki, Güney Azərbaycan türkləri üçün sual yaranıb: tolerant olmayan, türk düşmənliyini hələ də gizlətməyən, sülhdən, normallaşmadan danışan Ermənistana etibar etmək, o, ölkəyə getmək olar?!...

"Report" İnformasiya Agentliyi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:313
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Noyabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see359

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see309

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see279

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see253

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see248

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see243

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see229

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see224

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see221

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see206

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see202

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see202

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see199

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see193

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see193

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see193

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see187

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see183

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri