Ermənistanda müxalifət Paşinyana qarşı impiçment prosesinə başlamağa hazır olduğunu bəyan edib
Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.
Ermənistan parlamentinin “Mənim şərəfim var” müxalifət fraksiyası ölkənin baş naziri Nikol Paşinyanın impiçmenti prosesinə başlamağa hazır olduğunu bəyan edib.
Bu barədə fraksiya rəhbəri Ayk Mamicanyan bildirib.
Müxalifət fəalları Narek Malyan və Edqar Qazaryan bütün parlament üzvlərinə Paşinyanın impiçmenti təklifi ilə müraciət ediblər.
“Biz təsdiq edirik ki, hazırda hakimiyyət dəyişikliyinə nail olmağın ən çox ehtimal olunan yolu baş nazirə etimadsızlıq prosesidir”, – deyə Mamicanyan bildirib.
Qeyd edildiyi kimi, prosesə başlamaq üçün təşəbbüskarlar baş nazirliyə öz namizədlərini irəli sürməlidirlər.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:Paşinyana qarşı impiçment başladıldı
09 May 2025 18:28
Müxalifət Paşinyana etimadsızlıq prosesinə başlamaq niyyətindədir
07 İyun 2025 13:50
Müxalifət Paşinyana qarşı birləşir
06 May 2025 14:06
SON DƏQİQƏ! Ermənistanda Paşinyana qarşı impiçment prosesi BAŞLADILDI: Nə baş verir? KONKRET
09 May 2025 19:46
Ermənistanda ARA QARIŞDI: Məhkəmə Paşinyana qarşı çıxdı KONKRET
30 İyul 2025 17:37
Baxış sayı:126
Bu xəbər 06 May 2025 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















