Ermənistanda saxlanılan əsgərimiz atasına telefonda NƏ DEYİB?
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmətdə olan əsgəri Nəsimi Musayev Ermənistanda saxlanılmazdan bir gün əvvəl ailəsi ilə danışıbmış.
"Bakupost" xəbər verir ki,bu barədə Modern.az-a hərbçinin atası Rasim Musayev və bacısı Şəlalə Alıyeva məlumat veriblər.
Onlar Nəsiminin sonuncu telefon danışıqlarında hər hansı narahatlıq ifadə etmədiyini bildiriblər.
Nəsimi Musayevin bacısı Şəlalə Alıyeva bildirib ki, qardaşı ilə həmin vaxta qədər telefon danışıqları normal keçib. Onun sözlərinə görə, Nəsimi hər zəngində heç bir problemin olmadığını, hər şeyin yaxşı olduğunu deyib.
Hərbçinin atası Rasim Musayev isə oğlu ilə sonuncu dəfə sentyabrın 25-də, xidmət yerində olmamasının müəyyən edilməsindən bir gün əvvəl danışdığını bildirib.
“Hər dəfə necə danışırdısa, elə də danışdı. Dedi ki, hər şey yaxşıdır burada. Heç bir narahatlığının olmadığını bildirdi. Soruşduqda hər şeyin normal olduğunu deyirdi”.
Oğlunun taleyindən narahat olan ata məsələnin həllini gözlədiklərini və dövlətə güvəndiklərini də vurğulayıb.
“Biz müraciətlərimizi etmişik, nəticələri gözləyirik. Mənim Prezidentimizə, dövlətimizə güvənim tamdır. İndiyə qədər heç bir vətəndaş, əsgər darda qoyulmayıb. Ona görə də mən inanıram ki, məsələ qısa vaxtda həllini tapacaq”, – deyə Rasim Musayev bildirib.
Xatırladaq ki, Nəsimi Musayevin sentyabrın 26-da Laçın rayonu istiqamətində xidmət yerində olmaması müəyyən edildikdən sonra onun axtarışına başlanılıb. Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.
Oktyabrın 1-də Nəsimi Musayev Ermənistanın Sünik vilayətinin Sisian rayonunun Şəki kəndində saxlanılıb. Ermənistan məhkəməsi istintaq altında olan əsgər barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 14 Oktyabr 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















