Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Ermənistanda seçkilər niyə təhlükəlidir?

Ermənistanda seçkilər niyə təhlükəlidir?

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

İyunda Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin Avrointeqrasiya siyasətini davam etdirəcəyi, yoxsa Rusiyanın təsir dairəsinə qayıdacağı ilə bağlı mühüm mərhələni müəyyən edəcək.

Seçki ərəfəsində Ermənistan–Avropa İttifaqı (Aİ) sammitinin keçirilməsi, Fransa ilə strateji tərəfdaşlıq sazişinin imzalanması, eləcə də Fransanın Ermənistana hərbi yardım və təlimləri, hətta Ermənistanın hücum silahları istehsalına başlaması Paşinyan hakimiyyətinə siyasi dəstək kimi görünür. Lakin Ermənistanın hərbi və təhlükəsizlik sisteminin hələ də ciddi şəkildə Rusiyadan asılı olması fonunda bunu Rusiyaya qarşı real hərbi hazırlıq saymaq olmaz. Ancaq bu, regionda yeni qarşıdurma risklərini artıra bilər.

Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib.

"Qənaət budur ki, Aİ, Fransa və Rusiya Ermənistanda rəqib kimi fərqli məqsədlər güdsələr də, regionun yenidən konflikt ocağına çevrilməsində eyni siyasi kursu bölüşürlər.

Ermənistan–Azərbaycan arasında yeni müharibədə İranın marağının Fransa və Rusiyadan daha yüksək olduğu şübhəsizdir. İran hələ 2020-ci ildən Zəngəzur dəhlizini özünün dəyişməz “qırmızı xətti” elan edib. Bu günlərdə isə SEPAH dəhlizin açılmasına imkan verməyəcəyini yenidən bəyan edib.

Son dövrlərdə Rusiyanın Qarabağ məsələsini diriltmək cəhdi diqqət çəkir. Hətta “Birinci Kanal” kimi federal kanalların Azərbaycan xəritəsində Qarabağı fərqli rəngdə təqdim etməsi göstərir ki, Moskva seçkilər ərəfəsində yenidən “Qarabağ kartı”ndan istifadə edərək Rusiyaya yaxın revanşist qüvvələrin hakimiyyətə qayıdışına çalışır" - politoloq deyib.

Onun sözlərinə görə, əlbəttə ki, Rusiya yönümlü revanşist qüvvələrin hakimiyyətə qaytarılması Ermənistan–Azərbaycan sülh gündəliyinin bağlanması, Zəngəzur dəhlizi–TRIPP-in təxirə salınması, sərhədlərin delimitasiyasının dayandırılması, Azərbaycan və Türkiyə ilə yenicə bərpa olunan kommunikasiya və iqtisadi əlaqələrin dondurulması ilə yeni müharibə riskini önə çıxarır. Yeri gəlmişkən, Rusiyaya sədaqəti ilə seçilən keçmiş prezident Robert Koçaryan seçiləcəyi təqdirdə Azərbaycanla Ermənistan arasında razılaşmalara yenidən baxılacağını vəd edir:

"Rusiya Azərbaycanla strateji tərəfdaşlıq müqaviləsinə baxmayaraq, Rusiya rəsmilərinin Azərbaycana qarşı informasiya təzyiqi Moskvanın məqsədinin yalnız Ermənistanda rusiyapərəst hakimiyyət formalaşdırmaq deyil, regionda uzunmüddətli qeyri-sabitlik və müharibə ocağı yaratmaq niyyətini göstərir.

Aİ-nin Azərbaycana qarşı ittihamedici mövqeyi ilə paralel Rusiyanın informasiya təzyiqləri onu göstərir ki, Ermənistanda gedən siyasi proseslərin hədəflərindən biri də Ermənistanı müharibəyə sürükləməkdir, yəni hədəfdə Azərbaycandır.

Azərbaycanla sülh gündəliyi, kommunikasiya və iqtisadi əlaqələrin bərpası, Türkiyə ilə sərhədlərin açılması və Avrointeqrasiya xətti baş nazir Paşinyanın seçkilərdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir.

Belə bir vəziyyətdə Rusiya Ermənistandakı hərbi bazalarından istifadə edərək seçki prosesinə daha sərt müdaxilə ehtimalını artırır. Nəzərə alaq ki, Rusiyanın Ermənistandakı hərbi bazalarında xidmət edənlər və köməkçi sahələrdə çalışanlar əsasən erməni əsilli Rusiya vətəndaşlarıdır və bu halda Rusiyanın Ermənistana “Rusiya vətəndaşlarının qorunması” adı altında müdaxilə etməsi ehtimallar sırasındadır. Bu günlərdə Rusiya prezidenti Vladimir Putin də vətəndaşların qorunması üçün xarici ölkələrə müdaxiləyə imkan verən qanunu imzalayıb.

Ancaq Rusiya–Ukrayna müharibəsi strateji geosiyasi nəticələr baxımından ən vacib cəbhədir. Hazırda təşəbbüs Ukrayna tərəfinə keçib və Putin Zelenski ilə görüşə hazır olduğunu bildirib. Xatırladaq ki, Putin müharibənin ilk günlərindən Zelenskini aşağılayır, onu legitim saymırdı.

Rusiya üçün əsas narahatlıq Zəngəzur dəhlizi–TRIPP-in onun iştirakı olmadan fəaliyyət göstərməsidir. Rusiya Zəngəzur dəhlizinin açılmasının 10 noyabr 2020-ci il üçtərəfli Moskva bəyanatı ilə tənzimləndiyini və həmin razılaşmanın qüvvədə qaldığına israr edir. Yeri gəlmişkən, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə nail olarsa, Trampın TRIPP layihəsinə münasibətinin dəyişəcəyi ehtimalı var.

Nəticə etibarilə, Ermənistanda keçiriləcək parlament seçkiləri yalnız ölkənin daxili siyasi məsələsi deyil, bütövlükdə Cənubi Qafqazın gələcək siyasi xəritəsini və təhlükəsizlik konturlarını müəyyənləşdirən geosiyasi prosesdir".

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 May 2026 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1001

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see471

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see374

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see294

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see280

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see279

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see258

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see251

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see217

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see217

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see211

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see207

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see206

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see205

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see199

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see199

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see192

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see192

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see192

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri