Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? KONKRET

Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

“İrəvanda qondarma “erməni soyqırımı” iddiaları bəhanəsi ilə təşkil edilən yürüş zamanı Türkiyə Respublikasının şanlı bayrağının yandırılması adi küçə iğtişaşı deyil, konkret məqsədləri olan çoxqatlı, hesablanmış və hədəfləri olan bir hərəkətdir. Bu cür hadisələr emosional reaksiyalarla deyil, strateji nöqteyi-nəzərdən şərh edilməlidir”.

Bu fikirləri KONKRET.az-a danışan Türkiyə Dənizçilik və Qlobal Strategiyalar Mərkəzinin (Türk DEGS) başkanı, Topqapı Universitetinin müəllimi və ehtiyatda olan kontr-admiral Prof. Dr. Cihat Yaycı bildirib.

C.Yaycının sözlərinə görə, bu hərəkətin Türkiyə ilə Ermənistan arasında illərdir dondurulmuş münasibətlərin normallaşdırılması üçün əlaqələrin qurulduğu bir vaxtda edilməsi təsadüf deyil, əksinə, normallaşma prosesini sabotaj etmək üçün qəsdən edilmiş bir cəhddir:

“İlk növbədə, açıq şəkildə bildirilməlidir ki, bayraq yandırmaq sadəcə bir parçanı yandırmaq demək deyil. Bayraq dövlətin suverenliyinin, millətin şərəfinin və tarixi yaddaşının simvoludur. Buna görə də, bu hərəkət Türkiyə Respublikasına və türk millətinə qarşı birbaşa hörmətsizlik və düşmənçilik nümayişidir. Amma məsələ bununla bitmir. Bu cür hərəkətlər çox vaxt səhnənin önündə görünən aktorların deyil, pərdəarxası strateji düşüncənin məhsuludur”.

Ekspertin fikrincə, birinci səviyyə, normallaşma prosesini pozmaq məqsədi daşıyır:

“Türkiyə ilə Ermənistan arasında son dövrdə qurulan diplomatik təmaslar Cənubi Qafqazda yeni bir tarazlıq yaratmaq potensialına malikdir.

Bu vəziyyətdən narahat olan çevrələr, icmalar arasında yenidən psixoloji baryerlər yaratmaq istəyirlər. Bayraq yandırmaq kimi təxribatlar xalqlar arasındakı emosional uçurumu dərinləşdirməyi və siyasi qərar qəbul edənlərin manevr imkanlarını daraltmağı hədəfləyir.

İkinci aspekt, diaspora və radikal elementlərə verilən mesajdır. Xüsusilə Qərbdə təşkilatlanmış erməni diasporu Ermənistan siyasətində ciddi bir təzyiq elementi olaraq qalmaqdadır. Bu cür hərəkətlər diaspor dairələrinə “mübarizənin davam etdiyi” mesajını göndərmək, radikal ritorikanı canlı saxlamaq və daxili siyasətdə bu qrupların dəstəyini itirməmək üçün istifadə edilən vasitələrdir.

Üçüncü səviyyə Türkiyəni təhrik etmək və beynəlxalq qavrayışı formalaşdırmaq strategiyasıdır. Bayraq yandırma aktı Türkiyədən sərt və idarəolunmaz reaksiya verilməsini hədəfləyir. Məqsəd sonradan Türkiyəni “aqressiv tərəf” kimi təqdim etmək və beynəlxalq ictimai rəydə psixoloji üstünlük qazanmaqdır. Bu, klassik qavrayış idarəetmə texnikasıdır: əvvəlcə təhrik et, sonra reaksiyanı idarə et.

Dördüncü səviyyə Ermənistanın daxili siyasətidir. Dağlıq Qarabağ münaqişəsindən sonrakı travma, iqtisadi çətinliklər və təhlükəsizlik narahatlıqları Ermənistan hökumətini çətin vəziyyətə salıb. Bu cür hərəkətlərlə millətçi əhval-ruhiyyə tətiklənir və “ortaq düşmən” qavrayışı vasitəsilə daxili konsolidasiyaya nail olunur.

Beşinci səviyyə tarixi hekayənin davamlılığıdır. 1915-ci il hadisələrini birtərəfli hekayə vasitəsilə daim gündəmdə saxlamaq sadəcə keçmişlə bağlı bir iddia deyil, gələcəyə yönəlmiş strateji vasitədir. Bu yaddaş siyasəti yeni nəsillərə ötürülür və Türkiyə ilə davamlı psixoloji məsafə yaradılır.

Nəhayət, bu cür hərəkətləri regional və qlobal qüvvələr balansından ayrı nəzərdən keçirmək mümkün deyil. Cənubi Qafqaz enerji boru kəmərlərinin, nəqliyyat dəhlizlərinin və geosiyasi rəqabətin mərkəzində yerləşir. Türkiyə ilə Ermənistan arasında normallaşma bəzi qlobal və regional aktorların maraqlarına zidd ola bilər. Buna görə də, nəzarətli gərginlik yaratmaq xarici aktorlar üçün də işlək vasitədir.

Nəticə olaraq, İrəvanda Türkiyə bayrağının yandırılması qəzəb partlayışı deyil, bu, çoxqatlı strateji mesajdır. Bu mesajın hədəfi Türkiyədir; məqsədi isə Türkiyəni həm psixoloji, həm də diplomatik cəhətdən küncə sıxışdırmaqdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Aprel 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see792

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see320

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see284

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see276

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see272

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see261

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see259

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see255

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see232

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see227

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see214

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see214

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see209

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see196

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see187

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see186

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see185

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see180

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri