Paşinyan xalqa müharibə elan etdi: Ovannisyan Ermənistanda “partlayış” anonsu verdi KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Ermənistanda dərin sosial partlayış baş verəcək”.
KONKRET.az xəbər verir ki, bunu “Alternativ layihələr” qrupunun eksperti Vahe Ovannisyan deyib.
O bildirib ki, Ermənistanda adi hakimiyyət dəyişikliyindən daha dərin partlayış baş verəcək.
“Bu, hətta inqilabdan da artıq ola bilər. İctimai həyatın müxtəlif sferalarında baş verən təzahürlər və digər göstəricilər labüd olan şeylərin hissə-hissə baş verdiyini göstərir. Artıq cəmiyyət inciməyə başlayır. Bu halda isə dövlətlərdə idarəolunmaz dəyişikliklər baş verir. Biz bu prosesə başlamışıq. Müharibə, məğlubiyyət, sonsuz ölümlər, bitməyən yalanlar, düşmənçilik və sair bu kimi hallar getdikcə cəmiyyətin səbr kasasını doldurur. İndi də buna məxməri məmurların sürətlə varlanması və geniş kütlələrin sosial vəziyyətinin pisləşməsi də əlavə edilib. Bu hökumətin 2025-ci il üçün xalqa tətbiq etdiyi yeniliklər paketi sadəcə olaraq öz xalqına qarşı sosial müharibə elanı idi. Cəmiyyət dəyişiklik tələbini irəli sürür. Bu tələbi yerinə yetirəcək adekvat yeni bölmələrin, formatların olması qalır”, – ekspert vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Baxış sayı:142
Bu xəbər 12 Fevral 2025 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















