Icma.az
close
up
RU
Ermənistandakı silahlar kimə tuşlanacaq?

Ermənistandakı silahlar kimə tuşlanacaq?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziyalara verdiyi müsahibə ölkənin daxili və xarici siyasət strategiyasının əsas istiqamətlərini göstərdi.

Prezidentin toxunduğu mövzular arasında Azərbaycan-Ermənistan sülh prosesi, regionda geosiyasi tarazlıq və Azərbaycanın beynəlxalq münasibətlərdəki rolu xüsusi önəm daşıyır. Bu, Ermənistanla münasibətlərin indiki mərhələsi və Azərbaycanın gələcək planlarına dair aydın bir analiz imkanı yaradır.

Sülh prosesi və Azərbaycan-Ermənistan delimitasiyası

Azərbaycan-Ermənistan sülh prosesində əsas məsələlərdən biri sərhədlərin delimitasiya və demarkasiyasıdır. İ.Əliyevin qeyd etdiyi kimi, bu ay iki ölkə arasında delimitasiya komissiyalarının növbəti görüşü keçiriləcək. Bu görüşlər regionda uzunmüddətli sülh və sabitlik üçün önəmlidir. Azərbaycan sərhədlərin hüquqi olaraq müəyyənləşdirilməsi və gələcəkdə mümkün münaqişələrin qarşısını almaq üçün aydın çərçivənin yaradılmasını istəyir.

Prezidentin müsahibəsində xüsusilə vurğuladığı Zəngəzur dəhlizi Azərbaycanın regionda geosiyasi mövqeyini gücləndirən mühüm bir elementdir. İlham ƏliyevİN “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır” ifadəsi Azərbaycanın bu məsələ ilə bağlı qərarlılığını bir daha ortaya qoydu.

Bu dəhliz yalnız Azərbaycan və Türkiyə üçün deyil,  bütün region üçün iqtisadi- strateji üstünlük vəd edir. 

Ermənistanın silahlanması Qərbə niyə lazımdır? 

“Cümhuriyət”-ə açıqlamasında rusiyalı politoloq Sergey Markov bildirib ki, Ermənistanın Rusiya ilə münasibəti İrəvanın uzun müddət Qarabağ məsələsində Kremlin onun tərəfini tutacağını gözləməsindən irəli gəlir.

O hesab edir ki, məhz buna görə də Ermənistan KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) və Avrasiya İqtisadi Birliyi kimi təşkilatlarda üzvlüyünü davam etdirib, Rusiyaya qarşı xoş münasibətini qoruyub:

"Halbuki Ermənistanın Baş naziri Nikol Paşinyan özü Qərb meyilli bir siyasətçidir və Corc Sorosun strukturlarının təsiri altında formalaşıb. O, üzünü Qərbə və ABŞ-yə, xüsusilə də Fransadakı güclü erməni diasporuna tutur.

İkinci Qarabağ müharibəsi zamanı Ermənistan bitərəf mövqe sərgilədi. Bu isə Ermənistanın Rusiyaya arxalanaraq müttəfiqlik maraqlarını qoruma strategiyasını zəiflətdi. Azərbaycanın Qarabağda həyata keçirdiyi 23 saatlıq antiterror əməliyyatı nəticəsində regionun tam nəzarətə alınması Ermənistan üçün böyük strateji zərbə oldu. Bu hadisələrdən sonra Ermənistan yeni müttəfiq axtarışına başladı. Ermənistan Rusiya ilə münasibətləri pisləşdirmədən başqa güclü bir müttəfiqi – Qərb, ABŞ və ya Avropa İttifaqını, xüsusilə də Fransanı öz tərəfinə çəkməyə çalışır. Bu məsələdə Fransa Avropada ən güclü erməni diasporunun mövcudluğu ilə xüsusi əhəmiyyət qazanır".

Ekspert qeyd edib ki, Ukrayna müharibəsindən sonra geosiyasi dəyişikliklər Ermənistanın hər iki tərəflə – həm Rusiya, həm də Qərblə əlaqələri balanslı saxlamaq imkanlarını məhdudlaşdırıb:

"Qərb Ermənistandan Rusiyaya qarşı münasibətləri pisləşdirməyi tələb edir. Lakin Ermənistan bu tələbləri tam yerinə yetirməkdən çəkinir və Rusiya ilə münasibətləri tamamilə kəsməkdən qorxur. Çünki belə bir vəziyyətdə real hərbi münaqişələr zamanı Qərbin Ermənistana kömək etməyəcəyi ehtimalı onda narahatlıq yaradır. Keçmişdə Qərb digər münaqişələrdə bir çox müttəfiqlərini köməksiz qoyub.

Fransanın Ermənistana marağı xüsusilə böyükdür. Bunun səbəbi Fransadakı erməni diasporunun təsir gücü ilə yanaşı, Prezident Makronun şəxsi maraqları və Rusiya ilə bağlı şəxsi ədavətidir. Makron, həmçinin Fransanın Afrikada nüfuzunu itirdiyi bir vaxtda yeni geopolitik güc sahələri axtarır və Ermənistana yönəlir. Mərkəzi Afrika Respublikası, Çad, Mali və Burkina Faso kimi ölkələrdə mövqelərin itirilməsi fonunda Ermənistan yeni strateji mərkəz olaraq dəyərləndirilir. Ermənistan bu mənada, Afrikadakı təsir dairələrini əvəz edə bilməsə də, Makron və Fransa üçün müəyyən strateji əhəmiyyət kəsb edir. Makron erməni diasporunun Rusiya daxilindəki fəaliyyətindən istifadə edərək kəşfiyyat və ya digər əməliyyatlarda öz maraqlarını həyata keçirmək istəyir”.

Ekspert deyib ki, Azərbaycan isə Rusiyanın dəstəyini itirmədən öz milli maraqlarını qorumağa çalışır. Qarabağ üzərində tam nəzarət əldə etdikdən sonra Azərbaycan həm Rusiya ilə, həm də Qərb ölkələri ilə balanslı siyasət aparmaqda maraqlıdır:

“Beləliklə, Ermənistanın Qərblə, xüsusən də Fransayla yaxınlaşmaq cəhdləri onun Rusiya ilə tarixi əlaqələrinə təhlükə yaradır. Lakin hər iki tərəf – həm Ermənistan, həm də Rusiya  bu münasibətlərin tamamilə qırılmasından çəkinir. Eyni zamanda, Qərb, xüsusilə Fransa Ermənistandan Rusiyaya qarşı qətiyyətli mövqe tələb edir və bu regionda təsirini artırmağa çalışır. Geosiyasi manevrlər və tarazlıq axtarışı hələ uzun müddət davam edəcək”.

Səbinə Uğur
"Cebheinfo.az"

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Yanvar 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see321

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see271

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see228

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see224

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see221

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see219

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see218

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see218

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see215

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see214

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see211

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see202

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see199

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see193

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see192

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see182

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see180

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see179

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see178

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri