Dik Advokat 1:7 hesablı məğlubiyyətdən sonra ədalətli nəticəni açıqladı
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Kurasao millisinin baş məşqçisi Dik Advokat DÇ-2026-nın E qrupunun birinci turunda Almaniyaya 1:7 hesablı məğlubiyyəti şərh edib.
İdman.Biz xəbər verir ki, niderlandlı mütəxəssis komandasının rəqibə bir neçə asan qol vurmaq imkanı verdiyini bildirib.
“Növbəti qarşılaşma tamamilə fərqli olacaq. Biz hər oyunu ayrıca düşünürük. Almaniyaya iki və ya üç qolu çox asan vurmağa imkan verdik. Məncə, 1:4 hesabı daha ədalətli nəticə olardı”, - deyə Advokat FIFA-nın “YouTube” kanalına açıqlamasında bildirib.
78 yaşlı mütəxəssis matçdan əvvəl və sonra, xüsusilə himnin səsləndirilməsi zamanı yaşadığı emosiyalara da münasibət bildirib:
“Bu, əsasən Kurasao xalqının yenidən sevinc hiss etməsi ilə bağlı idi. Bəlkə də, bunda yaşın müəyyən təsiri var. Bəzən nəzarətdə saxlamalı olduğum emosiyalar yaranır, çünki bunu o qədər də xoşlamıram”.
Qeyd edək ki, Kurasao dünya çempionatındakı növbəti matçını 21 iyunda Ekvadora qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 15 İyun 2026 05:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















