Ermənistandan idxala qadağanın nəticəsi... Rusiya
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistandan kənd təsərrüfatı məhsullarının idxalına qoyulan məhdudiyyətlər Rusiya bazarına praktiki olaraq təsir göstərməyib, lakin erməni istehsalçıları üçün problemlər yaradıb.
Axar.az xəbər verir ki, bu barədə “Rusprodsoyuz”un icraçı direktoru Dmitri Vostrikov RİA-ya açıqlamasında deyib.
“Bu məhdudiyyətlər Rusiya bazarına nə çeşid baxımından təsir edib, nə də qiymət. Əksinə, əsas zərbə Ermənistan istehsalçılarına dəyib, çünki bir sıra kateqoriyalarda onlar üçün Rusiya yeganə satış bazarıdır”, - o bildirib.
Vostrikovun sözlərinə görə, Ermənistan məhsullarının Rusiya idxalında payı kateqoriyadan asılı olaraq 1-7% təşkil edib. Buna görə də məhdudiyyətlər Rusiya istehlakçıları üçün demək olar ki, hiss olunmayıb.
Qeyd edək ki, Rusiya şərab, mineral su, balıq, süd məhsulları da daxil olmaqla, Ermənistandan bir çox kənd təsərrüfatı məhsullarının idxalına qadağa tətbiq edib. 12 iyundan isə Ermənistandan karantin nəzarətinə məruz qalan məhsulların Rusiya ərazisindən Avrasiya İqtisadi Birliyinin digər ölkələrinə tranziti də məhdudlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 11 Oktyabr 2026 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















