Rusiya sərhədçiləri Ermənistandan çıxarılır
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın bütün sərhədlərinə nəzarət mərhələli şəkildə ölkənin Sərhəd Xidmətinə təhvil veriləcək.
Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 2-də parlamentin daimi komissiyalarının birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Baş nazir qeyd edib ki, bu proses müəyyən islahatlar mərhələsindən keçməlidir.
Xatırladaq ki, Ermənistan sərhədçiləri daha əvvəl Rusiya sərhədçilərinin xidmət apardığı dövlət sərhədinin bəzi hissələrinə və buraxılış məntəqələrinə nəzarəti öz üzərinə götürüblər.
Bunlara “Zvartnots” Beynəlxalq Hava Limanı, İranla sərhəddə yerləşən “Aqarak”, Türkiyə ilə sərhəddəki “Marqara” və “Axurik” buraxılış məntəqələri daxildir.
Bununla belə, İran və Türkiyə ilə sərhədlərdə Rusiya sərhədçilərinin erməni hərbçiləri ilə əvəzlənməsi prosesi mərhələli şəkildə həyata keçirilir. Bu, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının resurslarının və imkanlarının inkişafı ilə əlaqələndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 02 Noyabr 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















