Ermənistanı qarşıda üç mümkün ssenari gözləyir Armen Aşotyan AÇIQLADI
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Ermənistanı qarşıdakı bir il ərzində yeni Konstitusiyanın qəbulu, növbədənkənar parlament seçkiləri və ya Baş nazir Nikol Paşinyanın impiçmenti ilə bağlı üç mümkün siyasi ssenari gözləyə bilər.
Sherg.az xəbər verir ki, bunu ev dustaqlığında olan Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan sosial şəbəkədə yazıb.
Aşotyan bu fikirləri Paşinyanın yeni Konstitusiyanın qəbulu üçün növbədənkənar seçkilərin keçirilməsini istisna etməməsi barədə açıqlamasını şərh edərkən səsləndirib.
Siyasətçinin sözlərinə görə, əgər Paşinyan bu il ərzində yeni Konstitusiyanın parlamentdə qəbuluna nail ola bilməsə, növbədənkənar seçkilərə gedə bilər. Aşotyan müxalifətin uyğun məqamda küçə mübarizəsinə başlayacağı ilə bağlı bəyanatını da xatırladıb.
O, qarşıdakı dövr üçün üç ssenari irəli sürüb:
- Birinci ssenari - yeni Konstitusiyanın qəbulu. Aşotyanın iddiasına görə, Paşinyan parlament müxalifətindən çatışmayan altı deputatın dəstəyini qazana bilsə, yeni Konstitusiya layihəsini referenduma çıxara bilər.
- İkinci ssenari - növbədənkənar seçkilər. Paşinyan çatışmayan səsləri əldə edə bilməsə və müxalifətin reytinqinin aşağı düşdüyünü düşünsə, növbədənkənar seçkilərə gedə bilər.
- Üçüncü ssenari - impiçment. Aşotyanın fikrincə, küçə mübarizəsinin təzyiqi nəticəsində parlamentdə hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatların da dəstəyi ilə Paşinyanın impiçmenti üçün zəruri səs çoxluğu formalaşa bilər.
Aşotyan müxalifətin əsas vəzifəsinin hakimiyyətin deputatları öz tərəfinə çəkməsinin qarşısını almaq, ictimai dəstəyini qorumaq və artırmaq olduğunu bildirib. O, müxalifətin bu istiqamətdə fəaliyyətinin yeni Konstitusiyanın qəbuluna və növbədənkənar seçkilər vasitəsilə Paşinyanın hakimiyyətini gücləndirməsinə mane ola biləcəyinə ümid etdiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 22 Oktyabr 2026 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















