Icma.az
close
up
RU
Ermənistanı Suriyanın durumuna düşməkdən yalnız real sülh prosesi xilas edə bilər

Ermənistanı Suriyanın durumuna düşməkdən yalnız real sülh prosesi xilas edə bilər

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Suriyada Əsəd hakimiyyətinin süqutunun hamıdan çox məhz erməniləri narahat etməsi həqiqətən də böyük maraq doğurur. Ermənistanın ənənəvi müttəfiqləri olmuş Rusiya və İranın Suriyadakı proseslərdə zəiflik göstərməsi bir çox ermənilərdə belə bir təəssürat formalaşdırıb ki, Ermənistanın daimi etibarlı və güclü müttəfiqi yoxdur. Və onlar düşünürlər ki, nə vaxtsa Ermənistan da Suriyanın aqibətini yaşaya bilər.
Erməni ekspertlər Suriyadakı hadisələr fonunda təşvişə düşərək, Ermənistanın Suriyaya çevriləcəyi ilə bağlı müxtəlif proqnozlar verirlər. Ermənistanın Suriyanın taleyini yaşayacağına dair proqnozları indi əksər erməni analitiklərinin şərhlərindən də görmək mümkündür. Suriya ilə Ermənistan arasında həqiqətən də bir bənzərliyin olduğunu deyən və İrəvanın Dəməşqin taleyini yaşayacağı ilə bağlı proqnozlar verən sözügedən ekspertlər, əslində, dolayısı yolla etiraf edirlər ki, Ermənistan yanlış siyasət yürüdür.
Ancaq Ermənistanın Suriyanın aqibətini yaşamaq ehtimalı daxili amillərdən yox, bu ölkənin öz qonşularına qarşı ərazi iddialarından hələ də əl çəkməməsindən qaynaqlana bilər. Ermənistan konstitusiyasının istinad etdiyi Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer alması son nəticədə Ermənistan dövlətinin özünün varlığını təhlükə altında qoyur. İrqçiliyin və ultramillətçiliyin təbliğat yuvasına çevrilmiş erməni kilsəsinin ortaya atdığı "miatsum", "böyük ermənistan" kimi təcavüzkar, ekspansionist ideyalar Ermənistanın özü üçün ekzistensial təhlükələr yaradır.
Eləcə də rəsmi İrəvanın Zəngəzur dəhlizinin açılmasını İranın, Fransanın təhriki ilə əngəllləməsi və Fransa başda olmaqla bir sıra ölkələrin fəal şəkildə Ermənistanı silahlandırması da bu ölkənin "ikinci Suriya"ya çevrilməsi ehtimalını artırır. Ermənistanı silahlandıranlar onun "ikinci Suriya"ya çevrilməsinə şərait yaradırlar. Onlar Ermənistanı öz geosiyasi maraqları üçün silahlandırırlar. Lakin bu silahların bir qismi günün birində Ermənistan müxalifətinin də əlinə keçə bilər. Suriyada olduğu kimi Ermənistanda da hakimiyyəti silahlı müqavimət yoluyla dəyişmək istəyən revanşist qüvvələr çoxdur. Onların məqsədi Ermənistan-Azərbaycan normallaşma prosesini dayandırmaq və Ermənistanı yenidən işğalçı ölkə xəttinə qaytarmaqdır.
Bütün bunlar heç şübhəsiz ki, Ermənistanın "ikinci Suriya"ya çevrilməsi üçün potensial zəmin yaradır. Ona görə də, erməni təhlilçilər Suriyada Əsəd rejiminin devrilməsinə görə isterikaya düşüb, Türkiyə və Azərbaycanın əleyhinə sərsəm fikirlər səsləndirməkdənsə, sülh prosesinin sürətlənməsinə dəstək verməlidirlər. Ermənistanı Suriyanın durumuna düşməkdən yalnız real sülh prosesi xilas edə bilər.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Dekabr 2024 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see223

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see158

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see138

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see137

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri