Icma.az
close
up
RU
Ermənistanın bahalı yanacaq BAZARI Benzin neçəyə satılır?

Ermənistanın bahalı yanacaq BAZARI Benzin neçəyə satılır?

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Enerji bazarları təlatümlü dövrə qədəm qoyur. Bir neft-qaz ölkəsinin qatıldığı 4 illik müharibədə sülh işartılarının parladığı zaman, okeanın o tayındakı digər neft ölkəsi sahillərində yeni hərbi toqquşma meylləri güclənir.
Qlobal bazarlar
Qlobal neft bazarlarında bu həftə yeni eniş qeydə alındı. Brent markalı neft 60 dollarlıq psixoloji həddən aşağı qiymətdə ticarət edilməyə başladı. Əgər həftənin əvvəli neftin 1 bareli London Əmtəə Birjasında 61,5 dollara satılmışdısa, sonrakı gün 58,92 dollara qədər ucuzlaşdı. Qeyd edim ki, sonuncu dəfə neft bu qiymətə cari ilin 5 may tarixində satılmışdı. Dekabrın 17-də neft bir qədər bahalaşsa da, amma yenə də treyderlər tərəfindən 60 dollardan ucuz dəyərləndirilirdi.
 

MÖVZU İLƏ BAĞLI:
Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?


Özü də bu, o zaman baş verirdi ki, rəsmi Vaşinqton Latın Amerikasının ehtiyatlarına görə neft nəhəngi sayılan Venesuelaya qarşı bir tərəfdən siyasi təzyiqləri gücləndirir, digər tərəfdən isə Venesuelanın sanksiyalardan yayınaraq qlobal bazara çıxartmaq istədiyi tankerlər ABŞ hərbi dəniz və aviasiyası tərəfindən hücumlara məruz qalırdı. Rəsmi Karakasın açıqlamasına görə, Amerikanın bu hücumları nəticəsində tankerlərdəki 30-a yaxın mülki heyəti həyatını itirib.
Amma dekabrın 18-i günün ikinci yarısından neft qiymətləri üzüyuxarı irərliləməyə başladı. Neft qiymətlərinin həftə əvvəli itirdiyi mövqeləri bir qədə bərpa etməsinə səbəb isə Neft İxrac Edən Ölkələr Təşkilatının açıqladığı hesabat oldu.
Ümidverici OPEC hesabatı
Belə ki, OPEC-in son qiymətləndirmələrinə görə, bu il üçün qlobal bazarda “qara qızıla” gündəlik tələbat 1,3 milyon barel artaraq 105 mln həddini keçəcək.
 

Gələn il üçün isə artım daha yüksək temp nümayiş etdirməli – gündəlik olaraq 1,4 mln barelə çataraq ili 106,5 mln göstəricisi ilə başa vurmalıdır. Bu cür göstəricilər bazar iştirakçıları üçün “borunun sonunda sayrışan işıq” effekti bağışladı. Çünki neftə artan tələbat onun mövqelərini enerji bazarlarında möhkəmləndirən amilə çevrilir.


bp-də qadın rəhbər
Bu həftə yaşıl strategiyanı ön plandan ehmalca çıxarmaq yolu tutmuş Böyük Britaniyanın neft-qaz nəhənginin rəhbərliyində dəyişiklik elan edildi. Açıqlanan məlumata görə, Meg O'Neill 1 aprel 2026-cı il tarixindən etibarən bp-nin növbəti baş direktoru vəzifəsinin icrasına başlayacaq.
Qeyd edim ki, bu təyinat bp-nin şirkətdən xaric gətirilən ilk rəhbəri olmaqla yanaşı, həm də dünyanın iri neft-qaz şirkətlərindən birinə gələn ilk qadın rəhbəri kimi tarixə düşür. Son zamanlar bp səhmdarların istəyindən çıxış edərək strateji dəyişikliklərə başlayıb, daha doğrusu, yenilənə bilən enerjidən ənənəvi neft-qaz sahəsinə balanslı şəkildə hərəkətə keçib. Bu səpkidə bp kənardan təcrübəli “baş icraçı direktor” dəvət etməklə özünün fokuslandığı nəticələri daha sürətlə yaxşılaşdırmaq niyyətindədir.
O’Neill bu baxımdan bp-nin gəlir və kapitallaşma performansını daha tez artırmaq istəyən investorların tələblərinə uyğun bir kadrdır.
Bəs yeni təyinat Azərbaycandakı layihələrə necə təsir edə bilər? Düşünürəm ki, bp-nin Londondakı mənzil-qərargahında son 30 ildə kimin əyləşməsindən asılı olmayaraq şirkətin Xəzər layihələrinə münasibəti stabildir. Yəni burada “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi özünü kommersiya baxımından doğruldan layihələr var, onların xammalının qlobal bazarlara daşınmasını təmin edən fəxr ediləsi infrastruktur layihələri var, elə isə onları inkişaf etdirmək lazımdır, nəinki imtina.  
Yeni kəşfiyyat layihəsi
 

Bu həftə Azərbaycanın xarici şirkətlərlə 1994-cü ildən imzalamağa bağladığı Hasilatın Pay Bölgüsü Sazişlərinə biri də əlavə olundu.


Dekabrın 17-də SOCAR ilə Macarıstanın “MOL Group” şirkəti arasında Azərbaycanın Şamaxı-Qobustan sahəsində kəşfiyyat və hasilat üzrə pay bölgüsü sazişi imzalanıb. Açıqlanan məlumata görə, layihənin operatoru Macarıstan şirkəti olacaq və  birgə kəşfiyyat layihəsində onun 65%, SOCAR isə 35% paya malikdir.
Adından göründüyü kimi bu layihə kəşfiyyat xarakterlidir. Buna görə də artıq gələn ildən geoloji kəşfiyyat işlərinə seysmik tədqiqatların başlanması, alınan məlumatların emalı və daha sonrakı mərhələdə isə kəşfiyyat qazma işlərinin aparılması planlaşdırılır. Əgər kommersiya baxımından rentabelli ehtiyatlar tapılarsa, onda müqavilə sahəsinin işlənməsi layihəsi hazırlanacaq və Azərbaycan hökumətinin təsdiqindən sonra hasilat üçün hazırlıq mərhələsi gündəmə gələcək.
Ümumiyyətlə, Azərbaycanın neft sektoruna Avropa şirkətlərinin hazırda investisiya qoymaq qərarı özü-özlüyündə müsbət bir haldır, çünki bu hadisə bir daha Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə Avropanın enerji təhlükəsizliyində oynadığı rolun artmasının göstəricisidir.
Avropa ilə artan neft ticarəti
Amma məsələ təkcə bununla məhdulaşmır. Belə ki, bu ilin 11 ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 22,1 milyon ton həcmində xam neft ixrac edib. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, Azərbaycanın ixrac etdiyi neftin dəyəri 11,5 milyard dollar təşkil edib.
Maraqlı bir detal ondan ibarətdir ki, hesabat dövründə Azərbaycan 22 ölkəyə neft ixrac edib. İxrac etdiyimiz neftin 16-sı Avropa ölkəsi, 5-i Asiya ölkəsi və yalnız biri Afrika ölkəsi olub. Həcm etibarı ilə neft ixracımızın 95,3%-i Avropa ölkələrinin payına düşüb, Asiyadakı satışlarınmız isə cəmi 3% təşkil edib.
Ermənistanla ilk iqtisadi əlaqə
Azərbaycan regionda mövqeyinin gücləndirilməsi yönümündə tutarlı bir addım ataraq müstəqillik dövründə ilk dəfə Ermənistanla ticarət münasibətlərini gerçəkləşdirdi.
Dekabrın 18-də 22 çən tipli vaqona yüklənmiş təqribən 1220 ton həcmində Ai-95 markalı avtomobil yanacağı Azərbaycan Dəmir Yollarına məxsus qatar ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Daha sonra yük Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb. Bununla da müstəqillik illərində Azərbaycanla Ermənistan arasında ilk dəfə rəsmi qaydada razılaşdırılmış ticari əməliyyat həyata keçirilib.
 

Məsələnin reallaşması üçün noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və onun ermənistanlı həmkarı Mher Qriqoryanla görüşdə bu haqda razılıq əldə edilib. Daha sonra məsələnin texniki detalları həll edilib.


Dekabrın 5-də rəsmi Tbilisi tərəfdaşlarından Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Ermənistana birdəfəlik yanacaq tranzitinin reallaşdırılması üçün müraciət alıb. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qərarı ilə Gürcüstan Dəmir Yollarına göstəriş verilib ki, birdəfəlik əsasda yüklərin dəmiryolu ilə tamamilə pulsuz daşınması həyata keçirilsin.
SOCAR-ın açıqlamasına görə, Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzinin satışı beynəlxalq bazar qiymətlərinə uyğun həyata keçirilir. Bundan əlavə SOCAR Gürcüstan hökumətinə göstərilən dəstəyə görə təşəkkür edib.
Yanacaq ticarəti nə vəd edir?
Bu hadisə özü özlüyündə aralarında diplomatik əlaqələrin hələ qurulmadığı iki qonşu ölkə arasında baş tutan hansısa ticarət əməliyyatı deyil, həmçinin cari ilin avqustunda Vaşinqtonda razılaşdırılmış sülh və normallaşma sənədlərinə sadiqliyin praktik göstəricisidir. Bunu eyni zamanda sadəcə bir neft məhsulunun alqı-satqısı kimi də çərçivələmək olmaz. Çünki onun reallaşması nəticəsində əlaqələr yalnız alan və satan qurumlarla məhdudlaşmır. Bu, həm də kommersiya qurumları arasında maliyyə əməliyyatlarının başlanğıcı kimi qiymətləndirilə bilər və eyni zamanda bu prosesə nəqliyyat-logistika qurumlarının qoşulması deməkdir. 
Görürsünüzmü, nə qədər şaxəli bir təsirə malik addım atıldığını müşahidə edirik. Bu proses həmçinin Ermənistanın neft məhsulları bazarında yeni tədarük mənbəyinin formalaşması və idxalın şaxələndirilməsidir.
Qeyd etmək lazımdır ki, postsovet dövründə Ermənistanın neft məhsulları və ümumilikdə enerji bazarında Rusiya böyük paya malik olub, bu mövqe bu gün də qalmaqdadır. Cari ilin birinci yarısının statistikasına əsasən, Ermənistanın yanacaq bazarında Rusiyanın xüsusi çəkisi 75%-ə qədər təşkil edib. Ötən il Ermənistan Rusiyadan 230 min ton benzin və 175 min ton dizel yanacağı idxal edib.
Ermənistanla Rusiya arasında birbaşa sərhəd olmadığından neft məhsullarının Ermənistana çatdırılması mürəkkəb loqistik həlləri uzlaşdırmaqla həyata keçirilir. Əvvəlcə yanacaq Novorossiysk limanına dəmir yolu ilə çatdırılır. Sonra tankerlərə yüklənərək Gürcüstanın Qara dəniz limanlarında çənlərə boşaldılır. Daha sonra isə dəmir yolu ilə Ermənistana çatdırılır və buradan avtomobil nəqliyyatı ilə neft bazalarına daşınır.
Ermənistanın bahalı yanacaq bazarı
Bunu Azərbaycanın qonşusu olan iki ölkənin yanacaq bazarlarındakı qiymətlərin müqayisəli təhlilindən də görmək olar. Belə ki, neft məhsulları bazarlarının tədqiqatı ilə ixtisaslaşan Global Petrol Prices dərgisinin dekabrın 15-nə olan məlumata görə, Gürcüstanda yanacaqdoldurma məntəqələrində satılan 1 litr Ai-95 markalı benzinin qiyməti Azərbaycanın pul vahidi ifadəsində 1 manat 92 qəpik təşkil etdiyi halda Ermənistanda bu göstərici 2 manat 31 qəpik olub.
 

Avro-dizel keyfiyyətli yanacaq üzrə göstəricilər Gürcüstan və Ermənistanda müvafiq olaraq 1 manat 88 qəpik və 2 manat 23 qəpik təşkil edib. Yəni nəqliyyat xərcləri baha başa gəldiyindən Ermənistanda yanacağın pərakəndə qiyməti də Gürcüstanla müqayisədə 18-20 faiz baha satılır.


Bu kontekstdə, Azərbaycandan neft məhsullarının gələcəkdə davamlı idxalı Ermənistanın yanacaq bazarında rəqabətin artmasına şərait yarada bilər.
Azərbaycan enerjisinin psixoloji təsiri
Onu deyim ki, bu ticari məsələ Ermənistan əhalisi üçün həm də psixoloji sədlərin dəf edilməsinə bağlıdır. Yadınızdadırmı, bir qədər öncə Qazaxıstan taxılı Azərbaycandan keçərək Ermənistana çatdırılanda hərb meydanında məğlub olan bəzi hikkəli ermənilər sosial şəbəkələrdə Azərbaycanla əlaqəsi olan heç bir şeyi həzm edə bilməyəcəklərini göstərirdilər.
Bəs indi maşınına vurduğu benzinə baxaraq beynində özü-özünü didsə də, çöldə neyləyəcək həmin adamlar? Bir çənlik yanacağı bir az aralıda boşaldıb yandırmaqlamı özlərini sakitləşdirmək istəyəcəklər? Ümumiyyətlə, istəkləri çox ola bilər, amma reallaıqlar, özü də bizim yaratdığımız reallıqlar tam başqadır axı...
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:273
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Dekabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri