Icma.az
close
up
RU
Paşinyanın Qarabağ kartı : Ermənistanın baş naziri rəqiblərini tarixin arxivinə göndərir

Paşinyanın Qarabağ kartı : Ermənistanın baş naziri rəqiblərini tarixin arxivinə göndərir

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanda daxili siyasi gərginlik pik həddinə çatıb.

Baş nazir Nikol Paşinyan hökumətinin Azərbaycanın müəllifi olduğu sülh gündəliyinə uyğun davranması qonşu ölkədəki revanşist qüvvələri və onların xaricdəki havadarlarını rahat buraxmır. Ermənistan cəmiyyəti sülhün onlar üçün açdığı perspektivləri dərk etdikcə, revanş tərəfdarları özlərinin siyasi sonunun yaxınlaşdığını daha aydın görür və bu səbəbdən bir az da aqressivləşirlər.

2026-cı il parlament seçkisi yaxınlaşdıqca onsuz da zəif olan mövqelərini daha da itirən müharibə tərəfdarları yenidən Qarabağ kartına müraciət edir və son arqument olaraq baş nazir Nikol Paşinyanın "kapitulyant", "xəyanətkar" obrazını gündəmdə saxlamağa çalışırlar. Lakin N.Paşinyan da bu həmlələri cavabsız qoymur. O, müharibədə özünün deyil, elə həmin revanşistlərin, yəni ona qədər ölkəni idarə etmiş Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyanın məğlub olduğunu sübut etməyə çalışır.

Elə bu səbəbdən də N.Paşinyan söz verdiyi kimi, "Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin Sənədləri"ni dərc edib. Doğrudur, söhbət keçmişdən getsə də, məxfi sənədlərin açıqlanması diplomatik etika baxımından Azərbaycanla da razılaşdırılmalı idi. Lakin erməni baş nazirin diplomatdan daha çox sosial media fenomeni olduğunu nəzərə alsaq, onun diplomatik etika və hüquqi qaydalardan kənar davranışını anlamaq çətin olmaz. Rəsmi Bakının N.Paşinyanın bu davranışına loyal münasibət göstərməsi isə Azərbaycanın açıqlanan sənədlərdən narahat olmamasından xəbər verir.

Hər bir halda görünən odur ki, Ermənistan hakimiyyəti Qarabağ kartından yararlanmağa çalışan siyasi rəqiblərini elə həmin kartla vurmaq qərarına gəlib. Açıqlanmış 13 sənəd 1992-2020-ci illər arasında beynəlxalq təşkilatçıların və vasitəçi dövlətlərin iştirakı ilə aparılmış danışıqları və müzakirə edilmiş həll variantlarını əhatə edir.

Danışıqlar prosesində rol almış beynəlxalq aktorların əksəriyyətinin həmişə ikili standartlardan və daha çox öz maraqlarından çıxış etdiyini, nəzərə alsaq, verilmiş təkliflərin hamısının ədalətli olduğunu gözləmək sadəlövhlük olardı. Beynəlxalq birlik məsələyə ədalətli yanaşsaydı, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnaməsi kağız üzərində qalmazdı. Bu səbəbdən "balanslı" yanaşma adı altında müxtəlif həll variantları irəli sürülürdü ki, onların da arasında daha çox eşitdiklərimiz münaqişənin paket şəklində nizamlanması, mərhələli həll və işğalı altında rayonların 5+2 prinsipi ilə qaytarılması formulaları idi.

Variantlardan biri də "Qarabağ"ın qarşılığında Ermənistanın Mehri rayonunun Azərbaycana verilməsi idi ki, bu da dünya siyasətinin nəhəngi Heydər Əliyevin sovet əyalət "partiyaçısı" Robet Koçaryana keçdiyi dərslə nəticələnmişdi. Ermənistan rəhbərliyinin Mehri variantını müzakirə etməsi söhbətin əslində "Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını həll etmək istəyi"ndən deyil, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından getdiyini təsdiqləmiş oldu. Bununla da, erməni tərəfinin Qarabağda yaratdığı separatçı rejimi danışıqlarda saxlamaq cəhdləri heçə endi və artıq beynəlxalq müstəvidə münaqişə tərəfləri kimi birmənalı olaraq Ermənistan və Azərbaycan qəbul edildi.

Yeri gəlmişkən, bu gün Ermənistan müxalifətinin liderlərindən sayılan Robert Koçaryanın ölkəsinə rəhbərlik etdiyi 2006-cı ildə Fransanın Rambuye qəsrində İlham Əliyevlə görüşü tualetə getmək adı ilə yarımçıq qoyub qaçması da siyasi çevrələrdə uzun illər müzakirə mövzusu oldu.

Azərbaycanın heç bir halda Qarabağdan imtina etməyəcəyini görən beynəlxalq güclər ən müxtəlif adlar altında "kompromis" variantlar irəli sürür, onların qəbul edilməsi üçün rəsmi Bakıya təzyiq göstərməyə davam edirdilər.

Belə cəhdlərdən biri də 2011-ci ildə Rusiyanın Kazan şəhərində edilmişdi. O zaman Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarına zidd təklifləri rədd etməsi görüşün ev sahiblərində qıcıq doğurmuşdu. Moskva və İrəvan uzun müddət "Kazan" prinsiplərini gündəmdə saxlamağa çalışsalar da, rəsmi Bakı öz mövqeyindən geri çəkilməmişdi.

O zaman öz cəmiyyətini yalan vədlərlə ümidləndirən Ermənistan rəhbərliyindən fərqli olaraq, Azərbaycan Prezidenti baş verənləri öz xalqı ilə səmimi bölüşürdü. İlham Əliyev dəfələrlə bildirib ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar heç bir nəticə vermir.

Təbii ki, Azərbaycan rəhbərliyi vasitəçi üçlüyə daxil olan ölkələrin hamısının qatı ermənipərəst mövqedən olmasa da, ən yaxşı halda ikili standartlardan çıxış etdiyini anlayırdı. Vasitəçi dövlətlərdən biri Azərbaycan torpaqları Ermənistanın işğala məruz qaldığı bir dövrdə bədnam 907-ci düzəlişlə Bakını cəzalandırmaq istəyən ABŞ, digəri Ermənistanı durmadan təmənnasız silahlandıran Rusiya, üçüncüsü isə İrəvanı siyasi himayəsinə götürmüş Fransa idi.

Bəs belə olan halda Azərbaycan nə üçün danışıqlardan imtina etmirdi?

Əvvəla, rəsmi Bakı yaranmış vəziyyətdə eyni vaxtda həm torpaqları qaytarmağın, həm Qarabağda separatçılığın kökünü kəsməyin qeyri-mümkün olduğunu bilirdi. Bu səbəbdən təklif edilən formulların işindən mərhələli plan ətrafında müzakirələri davam etdirirdi.

İkincisi, Azərbaycanın danışıqlardan imtina etməsi ona qarşı beynəlxalq təzyiqlərin güclənməsinə gətirib çıxarardı. Bu isə ən müxtəlif beynəlxalq platformalarda münaqişəyə ədalətli qiymətin verilməsini, milli maraqlarımıza uyğun qətnamə və qərarların qəbulunu çətinləşdirər, bəlkə də mümkünsüz edərdi.

Nəhayət, Ermənistan və ona havadarlıq edən beynəlxalq vasitəçilər Bakını işğalın nəticələri ilə barışdırmaq üçün vaxt udmağa çalışsalar da, zaman Azərbaycanın xeyrinə işləyirdi. Qonşulara qarşı ərazi iddiaları səbəbindən iqtisadi dalana çevrilmiş və ianələr hesabına dolanan Ermənistandan fərqli olaraq, Azərbaycan regional və qlobal miqyaslı enerji və nəqliyyat layihələri həyata keçirir, iqtisadi imkanlarını, hərbi-siyasi gücünün artmasına transformasiya etdirirdi. Son hədəf isə ərazi bütövlüyü və dövlət suverenliyinin tam təmin edilməsi idi.

Artıq Bakının iştirakı olmadan heç bir regional layihənin reallaşdırılması mümkün deyildi. Üstəlik, qlobal güclər arasında getdikcə artan qarşıdurma fonunda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısına, beynəlxalq nəqliyyat-logistika həlledici söz sahibinə çevrilirdi.

Elə N.Paşinyanın açıqladığı sənədlərdən biri də bunu bir daha təsdiqləyir.

Sənəddə Ermənistanın ozamankı başçısı Serj Sarqsyan 2016-cı il aprel döyüşlərində yaşadıqları məyusluqdan sonra rusiyalı həmkarı Vladimir Putinə ünvanlandığı məktubda Azərbaycanın hərbi gücü qarşısında aciz qaldıqlarını etiraf edir. O, Rusiya prezidentinə şikayət edir ki, erməni tərəfi hiss olunacaq güzəştlərə getməyə hazır olsa da, Bakı heç bir qarşılıqlı güzəştə getmək istəmir. Onun sözlərinə görə əvvəllər danışıqlarda "balanslı" yanaşma hiss olunsa da, indi dialoq Azərbaycanın təklif etdiyi "əvvəl torpaqlar - sonra digər məsələlər" formulu ətrafında aparılır. Bununla, S.Sarqsyan faktiki olaraq, sülh danışıqlarında "ərazi bütövlüyü" məsələsini müzakirə edərkən qeyri-səmimidirlər və atdıqları bütün addımlar manipulyasiya xarakteri daşıyır.

Beləliklə, bölgədə güc nisbəti Azərbaycanın xeyrinə dəyişir və Ermənistanın münaqişədə məğlubiyyətini qaçılmaz edirdi. İndi lazım olan uyğun zaman və beynəlxalq şəraitin seçilməsi idi ki, bunun da vaxtını Prezident İlham Əliyev dəqiqliklə müəyyən etdi.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini heç bir kənar dəstək olmadan, öz gücü hesabına həyata keçirdi, ölkənin ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdi. 28 il danışıqların imitasiyası ilə məşğul olmuş ATƏT-in Minsk qrupu isə ötən gün N.Paşinyanın dərc etdiyi sənədlərlə birlikdə tarixin arxivinə göndərildi.

"Report" informasiya agentliyi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 Dekabr 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri