Ermənistanın başqa çarəsi yoxdur Mübariz Göyüşlü
Icma.az, Aznews.az portalına istinadən məlumat verir.
“Hesab edirəm ki, Ermənistan bunu yerinə yetirməlidir və yerinə yetirəcək də, çünki başqa çarəsi və şansı yoxdur. Əgər Ermənistan həqiqətən sülh istəyirsə, bunu təkcə sözlə deyil, əməli addımlarla da sübut etməlidir. Konstitusiya və digər əsas sənədlərdə dəyişiklik aparmaq da bu addımlardan biridir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Xatırladaq ki, Ermənistanın ədliyyə naziri Srbui Qalyanın Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin iclasında səsləndirdiyi fikirlər maraqla qarşılanıb. Belə ki, o, Ermənistan konstitusiyasının yeni mətni üzərində işlərin davam etdiyini bildirib. Bir müddət əvvəl də Ermənistan Baş naziri Nikol Paşinyan bu istiqamətdə açıqlama vermişdi.
Siyasi şərhçi qeyd edib ki, bir tərəfdən Azərbaycanla sülh istədiyini bəyan edir, digər tərəfdən isə konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaları saxlayır.
“Bu, bir-biri ilə uzlaşmayan mövqelərdir. Paşinyanın bunu nə dərəcədə bacaracağını zaman göstərəcək. O, daha əvvəl də bu məsələləri gündəmə gətirmişdi, lakin reallaşdıra bilmədi və verdiyi vədlərdən geri çəkildi. Azərbaycanın qətiyyətli mövqeyi və Cənab Prezidentin sarsılmaz iradəsi Ermənistanı və Paşinyanı bu dəyişikliyi etməyə məcbur edir və edəcək. Nəhayət, hadisələrə real və obyektiv yanaşaraq təcavüzkar konstitusiyanı dəyişməlidirlər”.
Rəfiqə NAMAZƏLİYEVA,
Aznews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 28 Fevral 2025 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















