Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

Ermənistanın bizim gücümüzə qarşı adekvat güc çıxarmaq potensialı yoxdur

Ermənistanın bizim gücümüzə qarşı adekvat güc çıxarmaq potensialı yoxdur

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Prezident İlham Əliyevin yerli televiziyalara verdiyi müsahibəsində Ermənistan dövlətini faşist dövləti adlandırmasını, Ermənistanın sabiq prezidentlərinin faşist və irqçi xarakterini ifşa etməsini, Zəngəzur dəhlizinin açılacağını qətiyyətlə bəyan etməsini, eləcə də Ermənistanın silahsızlaşdırılmasının vacibliyini bəyan etməsini, Qərbi Azərbaycana qayıdış məsələsinin diqqət mərkəzində saxlanıldığını və Ermənistan rəhbərliyini Qərbi azərbaycanlıların təmsilçiləri ilə görüşməyə çağırmasını erməni siyasi şərhçilərinin və mediasının Ermənistana növbəti ultimatum kimi təqdim etməsi absurddur. Bunlar növbəti ultimatum deyil. Azərbaycan son illərdə davamlı olaraq Ermənistan rəhbərliyini bu addımları atmağa çağırış edib. Lakin Paşinyan iqtidarı da öz faşist-irqçi sələflərinin (Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan) ənənələrinə sadiq qalaraq Azərbaycanın haqlı tələblərini yerinə yetirməkdən cürbəcür manevr və bəhanələrlə yayınıb və sülh danışıqlarını süni şəkildə ləngidib.
Ona görə də Ermənistan ictimaiyyəti və mediası bu gün Azərbaycan Prezidentinin çağırışlarını, tələblərini növbəti ultimatum və müharibə anonsu kimi dəyərləndirib təşviş keçirməkdənsə, öz hökumətlərinin ikili siyasətlərini sorğulamalı və günahı da ilk növbədə baş nazir Nikol Paşinyanda görməli, onun qətiyyətsiz və dəyişkən mövqeyini qınaq hədəfinə çevirməlidir. Azərbaycanın haqlı tələbləri Ermənistan cəmiyyətini qorxutmamalıdır. Çünki bizim Ermənistanla növbəti müharibəyə başlamaq niyyətimiz yoxdur. Bizim tələblərimiz müharibəyə yox, dayanıqlı sülhə xidmət edir. Azərbaycan Prezidenti də sözügedən müsahibəsində bir daha qeyd etdi ki, biz müharibə yox, sülh istəyirik.
Lakin əfsuslar olsun ki, Ermənistanın Fransanın, Avropa İttifaqının dəstəyi ilə silahlanmanı davam etdirməsi və sülh sazişi ilə bağlı Azərbaycanın irəli sürdüyü şərtləri yerinə yetirməkdən boyun qaçırması sülh prosesinə zərbə vurur, regionda yeni eskalasiyaya yol açır. Nikol Paşinyan və onun xarici işlər naziri Ararat Mirzoyan tez-tez sülhdən danışsa da, lakin əsl həqiqətdə isə Ermənistanın sülh istəmədiyi göz qabağındadır. Prezident İlham Əliyevin vurğuladığı kimi Paşinyan, sadəcə, özünün "sülh göyərçini" obrazını yaratmaqla məşğuldur. Ermənistan rəhbərliyi sülh tərəfdarı olduğunu imitasiya edir, görüntü yaradır. Azərbaycana isə imitasiya lazım deyil. Biz real sülhün əldə edilməsində maraqlıyıq.
Real sülhün yolu isə ilk növbədə kommunikasiyaların (o cümlədən Zəngəzur dəhlizinin) açılmasından, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsindən, Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin edilməsindən, Azərbaycanla sərhəddə Avropa İttifaqının (Aİ) "mülki" müşahidə missiyası adı altında kənar ölkələrin hərbçilərinin, polislərinin yerləşdirilməsinə son qoyulmasından, faşist-nasist ideologiyasından imtina edilməsindən keçir. Həm Paşinyan, həm də bütün ermənilər İlham Əliyevin müsahibəsini diqqətlə oxumalı, izləməlidirlər. Dövlətimizin başçısı məlum müsahibəsində bölgədə nəqliyyat dəhlizlərinin açılması ilə bağlı açıqlama verərək, bu kontekstdə qəti mövqeyini Ermənistanın diqqətinə çatdırıb.
“Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”, - deyə Azərbaycan Prezidenti qarşı tərəfə açıq şəkildə mesaj ünvanlayıb. Bu mesajda, bu tələbdə anlaşılmayacaq və qeyri-qanuni heç bir şey yoxdur. Çünki Ermənistan tərəfi 10 noyabr bəyanatı üzrə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz və sərbəst keçidlə bağlı üzərinə öhdəlik götürüb. Azərbaycan Prezidenti də məhz bu öhdəlikdən çıxış edir və riyakar Ermənistan rəhbərliyinə öhdəliyini xatırladır. Ona görə də Ermənistan mediasının və siyasi dairələrinin bu məsələ ətrafında süni ajiotaj yaratması tamamilə yersizdir.
Qərbi azərbaycanlıların qayıdışı məsələsinin də Azərbaycan Prezidentinin müsahibəsində yer alması gözlənilən idi. Söhbət yüzminlərlə Qərbi azərbaycanlının hüquqlarının tanınmasından və təmin edilməsindən gedir. Bu məsələ Ermənistan rəhbərliyini və ictimaiyyətini qətiyyən narahat etməməlidir. Çünki burada hərbi güc tətbiqindən, Ermənistan ərazisinin zəbt edilməsindən söhbət getmir. Söhbət Ermənistandan zorla çıxarılmış, deportasiya edilmiş 300 mindən çox azərbaycanlılar üçün ədalətin təmin edilməsindən, dinc qayıdışdan gedir. Beynəlxalq hüquq da Ermənistandan qovulmuş azərbaycanlıların doğma yurlarına qayıdışına təminat verir.
Ona görə də Ermənistan tərəfi inkarçılıq mövqeyindən əl çəkməli və Qərbi azərbaycanlıların sülh yolu ilə öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına şərait yaratmaq da daxil olmaqla onların hüquqlarının bərpası və qorunması ilə bağlı öhdəlik götürməlidir. Paşinyan hökuməti bundan heç cürə boyun qaçıra bilməz. Çünki Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları da Qərbi azərbaycanlıların etnik təmizləməyə məruz qaldığını təsdiqləyir. O, etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür.
Lakin hazırkı Ermənistan rəhbərliyi öz sələflərlərindən fərqli olaraq faşist olmadığını isbatlamaq istəyirsə, Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı haqlı tələbimizə müsbət yanaşmalıdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi artıq "vaxt gəlib ki, Ermənistan şərait yaratsın, Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıda bilsinlər. Əlbəttə ki, biz bu məsələdə Ermənistan rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözləyirik. Onlar hələ ki, susmağa üstünlük verirlər. Halbuki biz bu məsələni dəfələrlə dilə gətirmişik və onlardan konkret cavab gözləyirik. Nə vaxt, hansı şərtlərlə azərbaycanlılar o bölgələrə qayıda bilərlər?.. Mən hesab edirəm, yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar. Qəbul etsin, onların dilindən onların problemlərini eşitsin, dinləsin onları".
Azərbaycan Prezidentinin bu çağırışından, tövsiyəsindən artıq üç gün keçir. Lakin rəsmi İrəvandan hələlik heç bir səs-soraq yoxdur. Paşinyan Azərbaycan Prezidentinin bu çağırışına müsbət cavab vermək əvəzinə, Azərbaycanın Minsk qrupunun buraxılmasına dair tələbi ilə razılaşdığını ifadə edib və əlavə olaraq bu gün yenə bir sürü şərt irəli sürüb. Adını da belə qoyub ki, guya, bu şərtlər Azərbaycanla danışıqlarda irəliləyişlərə nail olmaq üçün nəzərdə tutulur. Bu da bir daha onu göstərir ki, Ermənistanın əvvəlki rəhbərləri kimi indiki rəhbəri də adekvat şəxs deyil və o, normal siyasət yürütməyi bacarmır. Lakin bu bizim yox, ermənilərin öz problemidir. Bizim öz haqlı tələblərimizdən geri çəkilmək fikrimiz yoxdur.
Onu da qeyd edim ki, tələblərimiz Ermənistanın suverenliyini əsla şübhə altına qoymur. Azərbaycan Prezidentinin vurğuladığı kimi, "sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın". Ermənistan rəhbərliyi bu xəbərdarlığı da mütləq nəzərə almalıdır. Çünki Ermənistanın bizim gücümüzə qarşı adekvat güc çıxarmaq potensialı yoxdur və bundan sonra da olmayacaq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Yanvar 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see192

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see191

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see162

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see141

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri