Icma.az
close
up
RU
Ermənistanın əhatə etdiyi ərazilər vaxtilə azərbaycanlıların sıx şəkildə məskunlaşdıqları doğma torpaqları olub DEPUTAT

Ermənistanın əhatə etdiyi ərazilər vaxtilə azərbaycanlıların sıx şəkildə məskunlaşdıqları doğma torpaqları olub DEPUTAT

Icma.az bildirir, Sonxeber.az portalına istinadən.

"Ermənistanın əhatə etdiyi ərazilər vaxtilə azərbaycanlıların sıx şəkildə məskunlaşdıqları doğma torpaqları olub" - DEPUTAT

"Ermənilərin dövlət yaratmaq üçün ilk cəhdləri məhz Qərbi Azərbaycan torpaqlarını işğal edib, yiyələnməyə hesablanmışdı".

Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, bütün tarixi mənbələr sübut edir ki, hazırkı Ermənistanın əhatə etdiyi ərazilər vaxtilə azərbaycanlıların sıx şəkildə məskunlaşdıqları doğma torpaqları olmuşdur:

"Tarixi xəritələrə istinadən bu ərazilərin yer adları və insan məskənləri açıq şəkildə göstərilmişdir. Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar ağır məhrumiyyətlərlə üzləşərək, milli faciəyə məruz qalmışdılar. Qərbi Azərbaycanın əsl sakinləri Azərbaycan türkləri olmuşdur. Azərbaycan türkləri indiki Ermənistan ərazilərində e.ə. II əsrdən yaşamağa başlamışlar.
Bu ərazilərin ən qədim tarixini araşdırdıqda isə burada yaşayan ilk qədim tayfalardan biri kimmerlər olduğu aşkarlanır. Kimmerlər isə qədim türk tayfasıdır. Bunu Azərbaycan tarixçiləri öz təxəyyülərinin nəticəsi olaraq qeyd etmilər. Əksər şərqşünaslar, bu ərazidə araşdırmalar aparan səyyahlar və görkəmli tarixçilərin də yekun qənaəti olaraq qeyd edilirk ki, indiki Ermənistan əraziləri məhz qədimdən Azərbaycan türklərinə aid olmuşdur. Sözsüz ki, bu faktı əsaslı şəkildə sübut edən amillərdən biri tarixi toponimlərdir. Hətta indiki Ermənistan Respublikasının paytaxtı İrəvan yaxınlığında Qəmərli və Eçmiədzin rayonları deyilən yer adları var ki, qədim kimmer türk tayfasının adını özündə əks etdirir. Tarixi mənbələr bir daha təsdiqləyir ki, indiki Ermənistan torpaqları qədim türk ərazilərdir".

Deputat vurğulayıb ki, təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətinin nəticəsində azərbaycanlılar tədricən doğma torpaqlarından qovulub, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılıb:

"Həm Gülüstan, həm də Türkmənçay müqavilələri Qərbi və cənubi azərbaycanlılara qarşı xəyanət toru idi. Qafqazda azərbaycanlılara qarşı aparılan məqsədyönlü soyqırımı siyasəti bu xalqın tarixində silinməz ağır izlər qoydu. Bu bir həqiqətdir ki, Qərbi Azərbaycan bizim bütöv Azərbaycanın bir parçasıdır.
Son zamanlar Ermənistan hakimiyyətinin və siyasətçilərinin dəfələrlə dilə gətirdiyi Qərbi Ermənistan məsələsi isə Azərbaycanla nə qədim nə də indiki dövürdə heç bir şəkildə əlaqəli ola bilməz. Hər şeydən əvvəl tarixi yaxşı araşdırmaları vacib olan erməni rəsmiləri bilməlidirlər ki, bu cəhdləri sadəcə təxribatdır. Bu gün dilə gətirilən Qərbi Ermənistan ifadəsi Qərbi Azərbaycanla eyniləşdirilməsi yolverilməzdir. Qərbi Ermənistanı olub olmaması ermənilərin öz aralarında belə hələ müzakirə obyektidirsə, düşünürəm ki, bu barədə danışmağa və Qərbi Azərbaycanın tarixi ilə eyniləşdirilməsinə qəti şəkildə yol verə bilmərik".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 25 Noyabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri