Ermənistanın gerbi və bayrağı dəyişə bilər Paşinyan
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın dövlət rəmzlərinin dəyişdirilməsi ilə bağlı qərarı ölkə vətəndaşları referendum yolu ilə verməlidir.
Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 26-da hökumətin iclasından sonra keçirdiyi ənənəvi brifinqdə dövlət gerbindən Ağrı dağının (Ararat) təsvirinin çıxarılması ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib.
Baş nazirin sözlərinə görə, ölkənin yeni Konstitusiya layihəsində dövlət rəmzlərinin referendum çərçivəsində qəbul ediləcək ayrıca qanunla müəyyənləşdirilməsi nəzərdə tutulur.
O bildirib ki, hazırda hakimiyyətin dövlət rəmzlərinin dəyişdirilməsi ilə bağlı konkret təklifləri yoxdur.
“Vətəndaşlar özlərinə hansı bayrağı, gerbi və ya himni məxsus hesab etdiklərinə özləri qərar verməlidirlər”, - deyə Paşinyan vurğulayıb.
Hökumət başçısı əlavə edib ki, vətəndaşlar mövcud dövlət rəmzlərinin saxlanılmasını dəstəkləsələr, heç bir dəyişiklik edilməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 26 Noyabr 2026 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















