Icma.az
close
up
RU
Ermənistanın Zəngəzur dəhlizi və paraflanmış sülh sazişi ilə bağlı öhdəliklərindən geri çəkilmək şansı yoxdur

Ermənistanın Zəngəzur dəhlizi və paraflanmış sülh sazişi ilə bağlı öhdəliklərindən geri çəkilmək şansı yoxdur

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

“Hesab edirəm ki, amerikalılar Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkilərinin nəticələrini gözləyəcəklər. TRIPP-in (Zəngəzur dəhlizi - red.) həyata keçirilməsi üçün real addımlar yalnız seçkilərdən sonra və yalnız hakim partiya qalib gələrsə, atılacaq. Yəni vəziyyəti öz xeyrinə dəyişmək üçün Rusiyanın 8-9 ay vaxtı var”. Bunu Ermənistan APRI analitik mərkəzinin rəhbəri Benjamin Poqosyan erməni mediasına müsahibəsində deyib.ABŞ seçkiləri gözləyəcəkmi? Paşinyan hakimiyyəti seçilməsə Ermənistanla paraflanmış sülh müqaviləsinin taleyi necə olacaq?ABŞ seçkiləri gözləyərsə Rusiya regionda vəziyyəti dəyişə bilərmi?

Politoloq Yusif Bağırzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu bəyanatlar Poqosyanın arzularından başqa bir şey deyil, çünki həm Ermənistan hakimiyyəti, həm də ABŞ məsələnin uzanmasının ziyanlı olduğunu kifayət qədər yaxşı bilir: “Ermənistan üçün Zəngəzur dəhlizi yeni imkanlar, regional və qlobal layihələrdə iştirak, ölkənin tranzit ölkəyə çevrilməsidir ki, Paşinyan da seçki dövründə bu qazancdan öz seçkiqabağı kampaniyasında maksimum şəkildə istifadə etmək istəyir”.

Politoloq qeyd edib ki, bunun üçün təkcə imzalanmış bəyanat kifayət etmir və bu istiqamətdə konkret fəaliyyətə başlanması ilə bağlı real addımların atılmasına ehtiyac var, o cümlədən ABŞ-da prosseslərə start verilməməsinin nəticələrinin nə olacağını yaxşı bilir.

“İran və Rusiyanın Ermənistana təzyiqlərini də, dəhlizin fəaliyyətə başlaması üçün işlərə start verilməməsinin meydana çıxaracağı problemləri də. ABŞ bilir ki, seçki dövründə Rusiya istər birbaşa, istərsə də özünün beşinci kalonu vasitəsilə Paşinyan hakimiyyətinə qarşı maksimum təzyiq imkanlarından istifadə edəcək. Paşinyanın bu təzyiqlərə tab gətirə bilməsi üçün ABŞ-ın onun əlini gücləndirməsinə ehtiyac var. Bu isə tez bir zamanda nəzərdə tutulan işlərə start verilməsini və ABŞ-ın öz şirkətləri vasitəsilə regiona yerləşməsini vacib edir. Buraya digər faktorları, Ermənistanın Rusiyanın iqtisadi asılılığından qurtara bilmək üçün Türkiyə ilə münasibətlərin normalaşması və sərhədlərin açılmasının zəruriliyini də əlavə etsək deyə bilərik ki, Ermənistan hakimiyyəti tələsməlidir”-deyən Yusif Bağırzadə hesab edir ki, yaxın vaxtlarda Zəngəzur (TRIPP) dəhlizi ilə işlərə start veriməsinə şahidlik edəcəyik.

Paşinyanın hakimiyyətdə qalmayacağı halda nə baş verəcəyinə gəldikdə politoloq bildirib ki, bu ehtimal olduqca aşağıdır, amma hər hansı bir səbəblə belə bir hal baş versə də, Ermənistanın nə Zəngəzur dəhlizi ilə bağlı nə də paraflanmış sülh sazişi ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən geri çəkilmək şansı yoxdur: “Bu, artıq Azərbaycana qarşı yox, həm də ABŞ-a qarşı mövqe ortaya qoymağa bərabər olacaq ki, bunun da nəticəsi Ermənistan üçün olduqca ağır olar”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 27 Avqust 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri