Icma.az
close
up
RU
Ermənistanla 180 kv.km ərazi razılaşmasının şok pərdəarxası İrəvan Bakı qarşısında...

Ermənistanla 180 kv.km ərazi razılaşmasının şok pərdəarxası İrəvan Bakı qarşısında...

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın müxalif yönümlü “Hraparak” nəşri son günlər ErmənistanAzərbaycan sərhədindəki demarkasiya prosesi ilə bağlı daha bir iddia irəli sürüb. Nəşrin məlumatına görə, yaxın vaxtlarda Ermənistan tərəfi Azərbaycana əlavə olaraq təxminən 180 kvadrat kilometr ərazi güzəştə gedəcək. İddia olunur ki, bu əvəzində Ermənistan cəmi 25 kvadrat kilometr ərazi əldə edəcək.

Əldə olunan xəritələrdə sərhədin yeni xəttinin bəzi sahələrdə Azərbaycan ərazisinin Ermənistanın daxilinə doğru irəliləməsi ilə fərqləndiyi qeyd olunur.

Bu nədən xəbər verir?

Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd bildirib ki, son günlər Ermənistan daxilində siyasi və ictimai gərginlik kəskin şəkildə artıb:

“Hazırda ölkədə müxalifət və iqtidar arasında açıq hakimiyyət savaşı başlayıb. Bununla yanaşı, Paşinyanla Ermənistan Apostol Kilsəsi arasında da ciddi qarşıdurma yaşanır. Tərəflər bir-birini açıq şəkildə təhdid edir, xalqı Paşinyan hakimiyyətinə qarşı ayağa qalxmağa səsləyirlər. Bu prosesdə xüsusilə “Hraparak” nəşri ön plandadır. Paşinyan bu səbəbdən həmin nəşri məhkəməyə də vermişdi.

Həmçinin oxuyun:

İrəvan silkələnir: 180 kv.km Azərbaycana keçir, əvəzində isə… – ŞOK İDDİA

Uzun müddətdir mediada, 4 kəndlə yanaşı əlavə ərazilərin də Azərbaycana təhvil veriləcəyi ilə bağlı məlumatlar yayılır. Eyni zamanda, Qazaxın işğal altında olan 3 kəndindən Ermənistan ordusunun geri çəkilməsi və ərazilərin minalardan təmizlənməsi ilə bağlı reportajlar yayımlanır. Paşinyan isə bu məlumatları dəfələrlə təkzib edib.


Səxavət Məmməd

Qarabağın azad olunması ilə barışmayan qüvvələr bu xəbərləri bilərəkdən tirajlayır. Məqsəd əhalini qıcıqlandırmaq və narahatlıq yaratmaqdır. Ermənistanda revanşist ideyalar geniş yayılıb. Eyni zamanda, Rusiyanın da bu proseslərdə fəal rol oynadığı müşahidə olunur. Moskva müxtəlif vasitələrlə Qarabağ mövzusunu yenidən gündəmə gətirməyə çalışır və bu istiqamətdə müəyyən oyunlar qurulur.

Əgər Paşinyan hakimiyyəti devrilərsə və vətəndaş qarşıdurması başlasa, regionda ciddi geosiyasi dəyişikliklər baş verə bilər. Təhlükə və təhdidlər hələ də qalır”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 İyun 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see145

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see138

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri