Icma.az
close
up
RU
Ermənistanla münasibətlərdə yeni mərhələ Qərbi Zəngəzur məsələsində ədalət və dividend

Ermənistanla münasibətlərdə yeni mərhələ Qərbi Zəngəzur məsələsində ədalət və dividend

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycan tarixində Qərbi Zəngəzurun mövqeyi və onun mədəni yaddaşımızda tutduğu yer misilsizdir. Bu ərazinin tarixinin yenidən tanıdılması və mədəni irsimizin qorunması, yalnız milli kimliyimizin bərpası deyil, həm də regionda tarixi ədalətin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın bu istiqamətdə atdığı addımlar, beynəlxalq arenada məsələnin gündəmə gətirilməsi milli maraqlarımızın müdafiəsi üçün vacibdir.

Tarixə nəzər salsaq, ötən yüz ildən çox müddət ərzində azərbaycanlıların Qərbi Zəngəzurdan bir neçə dəfə zorla köçürülməsi xalqımızın yaddaşında dərin izlər buraxıb. Bu köçlər azərbaycanlıların siyasi, iqtisadi və demoqrafik həyatında yaralar açıb. Erməni silahlı təcavüzü və qırğınları nəticəsində minlərlə azərbaycanlı həyatını itirib, qalanlar isə doğma torpaqlarını tərk etməyə məcbur olublar. Bu hadisələr, sadəcə, coğrafi köç deyil, mədəniyyətimiz və mənəvi dəyərlərimizə zərbə vurmaq cəhdləridir.

Qərbi Zəngəzurun azərbaycanlı kimliyinin məhv edilməsinə yönəlmiş erməni siyasəti insanlarla yanaşı, məscidlərin, türbələrin məhv edilməsi, yer adlarının dəyişdirilməsi ilə də özünü göstərib. Ancaq tarixi dəyişmək, milli kimliyi məhv etmək ermənilərin düşündüyü qədər asan deyil. Bunun üçün ya gərək dövrün xəritələrini, əcnəbi tarixçilərin əsərlərini, monoqrafiyalarını tapıb yandırasan, ya da insanların yaddaşını siləsən. Birinci haradasa mümkün görünsə də, ikincini gerçəkləşdirməyə nə bilik, nə əzm çatar.

Azərbaycanlılar Cənubi Qafqazın köklü xalqlarındandır, mədəniyyəti, milli kimliyi, dövlətçilik ənənələri tarixin dərin qatlarınadək uzanır. Ermənilərin son iki əsrdə azərbaycanlılara qarşı qanlı qırğınlar, soyqırımları, etnik təmizləmələrlə dəyişməyə cəhd etdikləri tarix belə oyunbazlıqları sevmir. Vaxt keçdikcə ədalət öz yerini alır. Necə ki 2020-ci ilin sentyabrında başlayan 44 günlük müharibə ilə Qarabağdan yapışan əlləri kəsildi, Qərbi Azərbaycanın, Zəngəzurun əzəli sahibləri olan azərbaycanlıların yaddaşından silinməsi ümidləri də puç olub.

Adət-ənənələrini, mədəniyyətlərini, torpaqlarının hər qarışını ürəklərində, beyinlərində yaşadan Qərbi azərbaycanlılar yurd nisgilini nəsildən-nəslə ötürərək ermənilərin mənfur niyyətlərinin üzərindən xətt çəkiblər.

İndi 21-ci əsrdir. Azərbaycan İkinci Qarabağ müharibəsindəki Zəfəri ilə tarix kitablarına salınan hərb strategiyası ilə yanaşı, artıq iqtisadi uğurları ilə də ölkələr arasında öz layiqli yerini tutur. Regionda yeni iqtisadi-siyasi reallıq yaradan Azərbaycan artıq şərtləri diktə edən tərəfdir. Sülhü də biz təklif edirik. Haqqımız olan əzəli torpaqlarımıza qayıdışı da - beynəlxalq hüquq çərçivəsində.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, həm Ermənistan, həm onun arxasında dayananlar bilməlidirlər ki, bu məsələ heç vaxt gündəlikdən çıxmayacaq - o vaxta qədər ki, azərbaycanlılar təhlükəsiz şəkildə öz dədə-baba torpaqlarına qayıdacaqlar! Bu sözlər milli iradəmizi və məqsədimizi aydın ifadə edir.

Gələcəyə inamla baxırıq. İnanırıq ki, bir gün biz Göyçə gölünün sahilində dincələcək, Zəngibasarın yaşıl düzənliklərində addımlayacaq, Mehrinin əzəmətli zirvələrinə boylanacaq və Dərələyəzin valehedici təbiətindən zövq alacağıq. Bu arzular, sadəcə, xəyallar deyil, tarixi həqiqətlərə əsaslanan real məqsədlərdir.

Əgər məsələ ədalətli həll olunarsa, Ermənistanla münasibətlərdə yeni mərhələ başlaya bilər. Bu, regionda sülhün və sabitliyin təmin olunmasına kömək edə bilər.

Tarixi ədalətin bərqərar olması ilə Azərbaycanın beynəlxalq arenada mövqeyi daha da güclənəcək. Bu, ölkənin Cənubi Qafqazda sülh və təhlükəsizlik proseslərində daha fəal iştirak etməsinə şərait yaradacaq.

Ədalətli və hüquqi prinsiplərə əsaslanan siyasət Azərbaycanın beynəlxalq imicini möhkəmləndirəcək və daha çox dost və tərəfdaş ölkələrin dəstəyini qazanacaq.

Qərbi azərbaycanlıların bu strateji əhəmiyyətli bölgəyə, dədə-baba yurdlarına dönüşü həm sosial ədalətin bərpası demək olacaq, həm də çoxşaxəli iqtisadi, siyasi və sosial üstünlüklər qazandıracaq.

Belə ki, Qərbi Zəngəzura azərbaycanlıların qayıtması ilə nəqliyyat dəhlizinin açılması, logistikanın inkişafı Azərbaycanın tranzit potensialını əhəmiyyətli dərəcədə artıracaq. Bu, Asiya ilə Avropa arasında yükdaşımalarda Azərbaycanın rolunu gücləndirəcək, ölkəyə əlavə valyuta gətirəcək.

Ərazidən keçən yeni enerji xətləri Azərbaycanın enerji ixracatını artırmağa və regionda enerji təhlükəsizliyini təmin etməyə kömək edəcək. Sabitlik və yeni iqtisadi imkanlar xarici investorları cəlb edəcək.

Regionun zəngin təbiəti, bərpa olunacaq tarixi abidələri və mədəni irsi turizm sektorunun inkişafına da təkan verəcək. Bu isə yeni iş yerlərinin açılmasına və yerli iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək.

Tarixi ədalət gec-tez yerini tapacaq. Azərbaycan xalqının yaddaşı silinməzdir və bu yaddaş bizə gələcəyə ümid verir.

Sevinc Gülməmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Mart 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see134

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see134

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see123

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see119

Son xəbərdarlıq: ABŞ Rusiyanın yanında, Avropaya qarşı

06 Dekabr 2025 21:41see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri