Icma.az
close
up
RU
“Ermənistanla yekun sülh müqaviləsi 2026 cı ildə imzalanacaq” “Vaşinqtonda tarixi hadisə baş verir”

“Ermənistanla yekun sülh müqaviləsi 2026 cı ildə imzalanacaq” “Vaşinqtonda tarixi hadisə baş verir”

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

“Avqustun 8-də Vaşinqtonda baş verəcək hadisə Cənubi Qafqazın geopolitik vəziyyətini tamamilə dəyişdirəcək və bu, Prezident İlham Əliyevin böyük şəxsi siyasi və diplomatik uğurudur”.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ-də yaşayan tanınmış azərbaycanlı siyasi təhlilçi Ramiz Yunus Ağ Evdə Prezident Donald Trampın Azərbaycan və Ermənistan liderləri ilə birgə görüşünü, imzalanacaq sülh sənədlərinin əhəmiyyətini şərh edərkən deyib.

O bildirib ki, İlham Əliyev yalnız müharibədə qələbə qazanmaqla kifayətlənməyib, Azərbaycan torpaqlarının ərazi bütövlüyünü və suverenliyini bərpa edib, həmçinin sülh gündəliyini müəyyənləşdirərək Ermənistanı Azərbaycanın bütün şərtlərini qəbul etməyə məcbur edib.

Ramiz Yunus vurğulayıb ki, 2024-cü ilin noyabrında - ABŞ prezident seçkilərindən üç ay əvvəl Şuşada keçirilən Qlobal Media Forumunda Prezident İlham Əliyev onun sualına verdiyi cavabda böyük uzaqgörənlik və cəsarət nümayiş etdirib. O deyib: “Prezident Əliyev cavabında diplomatik dildə Donald Trampın namizədliyini dəstəklədi və bu, böyük cəsarət tələb edən addım idi”.

Ramiz Yunus bildirdi ki, bundan sonra baş verən hadisələr İlham Əliyevin düzgün strategiya seçdiyini təsdiqlədi və bu gün Trampın ABŞ Prezidenti seçilməsindən sonra iki ölkə və iki lider arasında münasibətlər inkişaf üçün yeni imkanlar açdı. Azərbaycan və ABŞ münasibətləri yeni keyfiyyət mərhələsinə qədəm qoyur və əməkdaşlıq strateji tərəfdaşlıq istiqamətində inkişaf edir.

“Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji tərəfdaşlıq haqqında Xartiyanın inkişafı üçün Strateji İşçi Qrupun yaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb. Bu memorandum üç əsas istiqaməti əhatə edir: regionlararası əlaqələr (energetika, ticarət və tranzit daxil olmaqla), iqtisadi investisiyalar (süni intellekt və rəqəmsal infrastruktur da daxil olmaqla) və təhlükəsizlik sahəsində əməkdaşlıq (müdafiə təchizatı və terrorizmlə mübarizə)”.

“Planlaşdırılan Strateji İşçi Qrup regional əlaqələri gücləndirməklə yanaşı, enerji sektoruna investisiyaların artırılmasına və ticarət-iqtisadi əməkdaşlığın, o cümlədən süni intellekt sahəsində tərəfdaşlığın inkişafına çalışacaq. Bu, ABŞ texnologiyalarının və investisiyalarının ölkəmizə gəlişi və iqtisadi aktivliyin artması deməkdir”, - təhlilçi vurğulayıb

Ekspert bildirir ki, səfərin vacib nəticəsi olaraq ABŞ Prezidenti Tramp “907-ci düzəlişin dayandırılması haqqında” sənədi imzalayıb. Ramiz Yunus xatırladır: “1992-ci ildə ABŞ Konqresi Ermənistanın işğalına görə Azərbaycan üçün dövlət yardımlarını qadağan edən 907-ci düzəlişi qəbul etmişdi. Bayden-Blinken administrasiyası Əfqanıstandakı əməliyyatlardan sonra 907-ci düzəlişi yenidən tətbiq etməyə çalışdı, amma bu, regiondakı siyasətində fiasko ilə nəticələndi”.

Ramiz Yunus sülh prosesinə toxunaraq bildirdi ki, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə ortaq bəyannamənin imzalanması gözlənilir.

“Azərbaycan sülh müqaviləsi üçün iki əsas şərt irəli sürüb: Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət və Ermənistan Konstitusiyasına dəyişikliklər. İmzalanacaq ortaq bəyannamədə bu müraciətin təsdiqlənməsi gözlənilir”, - o əlavə edib.

Ramiz Yunus qeyd edir ki, Bəyannamədə həmçinin sülh müqaviləsinin imzalanması və ratifikasiyası üçün zəruri addımların atılması vurğulanacaq. “Mətnin paraf edilməsi artıq razılaşdırılmış müddəaların dəyişməzliyinə zəmanət verir”, - təhlilçi vurğulayıb.

Ramiz Yunus dedi ki, İlham Əliyevin müharibədən sonra dəfələrlə vurğuladığı Bakı və Naxçıvan arasında maneəsiz quru əlaqənin yaradılması tələbini Ermənistan da qəbul edir: “Bəyannamədə Zəngəzur dəhlizinin açılması təsbit olunacaq və ABŞ Prezidenti Tramp bunun təminatçısı olacaq”.

O əlavə etdi ki, Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliklərinin sülh müqaviləsi mətnini paraf etməsi də planlaşdırılır: “Paraf mərhələsi sülh müqaviləsinin imzası deyil, lakin mühüm irəliləyişdir. Yekun sülh müqaviləsi Ermənistanın 2026-cı ildə referendum keçirərək konstitusiyaya dəyişiklik etməsindən sonra imzalanacaq”.

“Bu proses Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkəmizin bütün strateji məqsədlərinə çatdığını göstərir. 2020-ci ilin Vətən müharibəsində Azərbaycan torpaqlarını azad etdi, Ermənistan kapitulyasiya aktını imzaladı, ortaq bəyannamə isə növbəti qələbəmizdir”, R.Yunus qeyd edib.

Siyasi təhlilçi əlavə etdi ki, bu tarixi hadisə həm də Fransa Prezidenti Makronun, bəzi fransız deputatlarının, Avropa Parlamentinin, Qərb mediasının, “Amnesty International”, “Human Rights Watch”, erməni lobbi və ANCA-nın Azərbaycanofobiyasının məğlubiyyətidir. 

Ramiz Yunus sonda vurğulayıb: “Vaşinqtonda baş verəcək hadisə Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və ABŞ Prezidentinin Nobel Sülh Mükafatına layiq görülməsi üçün kifayət qədər əsasdır. Böyük filosof Platonun dediyi kimi, “Hər bir hikmətin əsası səbirdir”. İlham Əliyev və Azərbaycan xalqı bunu bu gün Vaşinqtonda tam nümayiş etdirir”.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Avqust 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri