Icma.az
close
up
RU
Erol Özvar: Təhsil sahəsində əməkdaşlıq türk dövlətləri üçün strateji əhəmiyyətə malikdir

Erol Özvar: Təhsil sahəsində əməkdaşlıq türk dövlətləri üçün strateji əhəmiyyətə malikdir

Icma.az, Azertag saytına istinadən bildirir.

Ankara, 8 iyun, AZƏRTAC

Təhsil sahəsində əməkdaşlıq türk dövlətləri üçün strateji əhəmiyyətə malikdir. Bu məqsəd ötən ilin oktyabr ayında Qəbələdə keçirilən TDT-nin 12-ci Zirvə toplantısının Yekun Bəyannaməsində də öz əksini tapıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Respublikası Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) təhsil nazirlərinin 9-cu iclasının iştirakçılarına müraciətində bildirib.

YÖK rəhbərinin sözlərinə görə, Şuşada keçirilən TDT təhsil nazirlərinin 8-ci görüşü türk dövlətlərini bir-birinə daha da yaxınlaşması baxımından xüsusilə əhəmiyyətli olub. Türk Dünyası Ali Təhsil Məlumat Bazası, TDT ölkələrinin diplomlarının tanınması və ekvivalentliyinə cavabdeh olan Agentlik, Türk Dövlətləri Təşkilatının Ali Təhsil Fondu və Türk dünyasında Ali Təhsilin Keyfiyyətinin Təkmilləşdirilməsi Agentliyinin yaradılması təklifləri irəli sürülüb. E. Özvar bildirib: “Bu təşəbbüslər ölkələrimizin ali təhsil sistemləri arasında daha çox razılaşmanı təmin edəcək”.

O, həmçinin qeyd edib ki, Ankara Türkiyə Universitetlər Birliyinin (TURKUNIB) Baş Assambleyasında təklif olunan tələbə və müəllim mübadiləsi proqramlarının tətbiqi üçün xüsusi fondun (“Orhun”) yaradılması ideyasını dəstəkləyir.

Türkiyə Ali Təhsil Şurasının sədri, həmçinin artıq Qazaxıstan və Qırğızıstanda, 2014-cü ildən isə Azərbaycanda uğurla fəaliyyət göstərən “birgə universitetlər”in yaradılmasının vacibliyini vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyun 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri