Icma.az
close
up
RU
Erotik Venera tabloları ilə məşhurlaşan Fransua Buşe kim idi?

Erotik Venera tabloları ilə məşhurlaşan Fransua Buşe kim idi?

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Bu gün məşhur fransız rəssam Fransua Buşenin anım günüdür.

Kulis.az sənətkarın həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.

Fransa kralı XV Lüdovikin məşhur məşuqəsi Madam de Pompadurun sevimli rəssamı olan Fransua Buşe klassik mövzular, dekorativ alleqoriyalar və portretlər üzərində işlədiyi zərif və sakit kompozisiyaları ilə tanınırdı.

Parisdə dizayner ailəsində doğulan Fransua Buşe rəssam Fransua Lemuanın şagirdi olmuşdu.

XV Lüdovik dövrünün incəsənətində əsas simalardan biri sayılan Buşe çılpaq qadın rəsmləri çəkmə texnikasını müəllimi Lemuandan, dizayn və təsvir qabiliyyətini isə kumaş naxışçısı olan atasından öyrənmişdi.

Lakin o, xüsusilə Vatto, Tiepollo və Rubensin əsərlərindən təsirlənmişdi.

20 yaşında ikən Fransanın ən nüfuzlu sənət mükafatı olan "Prix de Rome"u qazanmış və dörd il İtaliyada təhsil alaraq burada Tiepolo və Veroneze kimi rəssamlardan ilhamlanmışdı.

1731-ci ildə Parisə qayıdan Buşe bir çox fəxri adlara layiq görülərək çox uğurlu bir karyera qurmuşdu.

Əvvəlcə böyük ölçülü mifoloji və tarixi mövzulu əsərlər yaradan Buşe Fransa Kral Rəssamlıq və Heykəltəraşlıq Akademiyasının üzvü olmuş, daha sonra akademiyada professor və kralın Qobelen toxuculuq fabrikinin rəhbəri təyin edilmişdi.

Madam de Pompadurun himayəsi altında olan Buşe, həm də onun şəxsi müəllimi kimi fəaliyyət göstərmiş, 1765-ci ildə isə kralın rəsmi saray rəssamı və Akademiyanın direktoru vəzifələrinə gətirilmişdi.

Madam de Pompadurun portreti

Çoxşaxəli bir sənətkar olan Buşe, həmçinin yelpiklər, saxsı məmulatlar, ev ayaqqabıları, interyer dizaynları, teatr səhnələri, kostyumlar və toxuculuq nümunələri də hazırlamışdı.

Onun çoxsaylı qravür və əsərlərinin reproduksiyaları Venssen və Sevr fabriklərində saxsı və biskvit keramika məmulatları üzərində çap olunmuşdu.

İlk dövrlərdəki rəsmləri daha çox saflıq və masumiyyət mövzusunda idi, lakin zamanla əsərləri daha ehtiraslı və erotik çalarlar almağa başlamışdı.

"Gənc qadın qızılgül dəstəsi ilə" tablosu

Buşe çox sevdiyi Rubens kimi, bədən formalarının yumşaqlığını və dolğunluğunu vurğulamaqdan və erotik qadın fiqurları çəkməkdən zövq alırdı.

Onun üslubuna Vatto da böyük təsir göstərmişdi.

Buşe XVIII əsr Qərbi Avropa rəssamlıq və dekorativ sənətinin ən tanınmış rəssamlarından biri olmuşdu.

Onun rəsmlərinin mövzuları əsasən antik klassik motivlər, dekorativ alleqoriyalar və pastoral mənzərələr olmuşdur.

Lakin o, xüsusilə erotik çılpaq "Venera" təsvirləri ilə geniş şöhrət qazanmışdı.

"Veneranın doğuluşu" tablosu

Zərif, canlı və bəzən açıq-saçıq qadın obrazları Buşenin sənətində yeni bir üslub yaratmış, dövrünün ən dəbdə olan sənət forması halına gəlmişdi.

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova Mənim incilərim hara daşındı?! - Günün şeiri Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Festivalında iştirak edəcək
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://kulis.az
archiveBu xəbər 30 May 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri