Icma.az
close
up
RU
Ersin Tatardan “türkləri qovun” sözünə SƏRT REAKSİYA

Ersin Tatardan “türkləri qovun” sözünə SƏRT REAKSİYA

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yunan Kiprindən növbəti dəfə türklərlə bağlı skandal açıqlama verilib.

“Cebheinfo.az” xəbər verir ki, Rum Ortodoks Kilsəsinin arxiyepiskopu Georgios türkləri Kiprdən qovmağa çağırıb: 

“Yunanıstan, Cənubi Kipr Rum İdarəsi və bütün Ellinizm türkləri qovmaq və vətəni xilas etmək üçün birlikdə mübarizə aparmalıdır”.Onun bu sözlərinə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar sərt cavab verib:

“Kiprdə bir yerdə yaşamaq iddiasında olan bir partiyanın “zalım türklər”, “türkləri qovmaq” kimi ifadələrlə xalqımızı hədəf alması nifrət və ayrı-seçkiliyin nə qədər ağır həddə çatdığını ortaya qoyur.Bu açıqlamalar təkcə bizi deyil, yunan xalqının həssas təbəqələrini də narahat etməlidir. Kipr türk xalqı bütün çətinliklərə baxmayaraq, bu illər ərzində barışıq axtarışlarından əl çəkməyib. Artıq heç kim bizdən onların dövləti, suverenliyi və ləyaqətinə güzəştə getməyi gözləməməlidir”.

O vurğulayıb ki, Şimali Kipr Türk Cümhuriyyəti xalqın azad iradəsi ilə qurulan qanuni və daimi bir dövlətdir:

“Nə bu dövlətin varlığı, nə də xalqın iradəsi müzakirə mövzusu ola bilməz. Ədalətli, real və daimi həll yalnız iki dövlətin əməkdaşlığına, suveren bərabərliyə və bərabər beynəlxalq statusa əsaslanan modellə mümkündür. Bu həqiqəti görməzdən gələn hər bir münasibət həllə deyil, dalana dirənməyə xidmət edir. 

Hazırda Yunanıstan rəhbərliyinin ağalıq axtarışı ifşa olunub və Kipr türkləri bunu yüksək səslə rədd edir.Beynəlxalq ictimaiyyətin bu bəyanatlarda açıq şəkildə görünən aqressiv və təcridedici zehniyyəti nəzərə alması, Kipr türk tərəfinin barışıq vizyonunu ciddi şəkildə qiymətləndirməsi və bu əsasda regionda daimi sabitliyi nəzərdən keçirməsi gözlənilir”.Ersin Tatar qeyd edib ki, belə bəyanatlar təkcə Kipr türk xalqının hüquqlarına deyil, birbaşa varlığına yönəlmiş təhdidlərdir:

“Görünür, keçmişin söyləmləri yeni formalarda təqdim edilir və “həll” adı altında xalqımızın varlığını və bərabərliyini gözdən salmaq istəyirlər.
Tarixi düzgün oxumaq, bu gün səsini çıxarmaq məsuliyyətindən başlayır. Yalnız Kipr Türk xalqının bərabərliyi, etibarı və hörməti əsasında mümkün ola bilər. O, bu yolun səbirli, şüurlu və qətiyyətli sahibidir”.

Elmir Mustafa
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Aprel 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri