Icma.az
close
up
RU
Ərzaq qiymətlərində sürətli bahalaşma Yeni REKORD

Ərzaq qiymətlərində sürətli bahalaşma Yeni REKORD

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünyada ərzaq məhsulları sürətlə bahalaşır. Ekspertlər bunu təkcə hava şəraiti ilə deyil, həm də hərbi münaqişələr, o cümlədən Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqələndirirlər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, avqustda dünya üzrə ərzaq qiymətləri son üç ilin ən yüksək səviyyəsinə çatıb. Buna Avropada güclü istilər, Asiyada El-Nino təhlükəsi və müharibə səbəbindən taxıl tədarükünə yaranan yeni risklər təsir edib.

Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) sentyabrın 4-də açıqladığı hesabatda bildirilir.

Qiymətlər niyə artır?

Ekstremal istilər və quraqlıq Avropada qarğıdalı və şəkər çuğunduru məhsuldarlığına mənfi təsir göstərib. Asiyada isə fermerlər palma yağı və şəkər istehsalını azalda biləcək güclü El-Nino hadisəsinə hazırlaşırlar.

Bazara əlavə təzyiq yaradan amillərdən biri də müharibələrdir. Qara dənizdə hücumlar Rusiya və Ukraynadan taxıl tədarükünü azaldıb. ABŞ və İran arasındakı qarşıdurma isə fermerlər üçün gübrələrin daşınmasını çətinləşdirib.

Ərzaq nə qədər bahalaşıb?

FAO-nun ərzaq qiymətləri indeksi iyuldakı 130,8 bənddən avqustda 133,3 bəndə yüksəlib. Bu, 2022-ci ilin noyabrından bəri qeydə alınan ən yüksək göstəricidir. Bununla belə, indeks 2022-ci ilin martında qeydə alınan tarixi rekorddan hələ təxminən 17 faiz aşağıdır.

Ən çox şəkər və taxıl bahalaşıb

Taxıl məhsullarının qiyməti bir ay ərzində 2,2 faiz artaraq 2024-cü ilin mayından bəri ən yüksək həddə çatıb. Bitki yağları 0,6 faiz bahalaşıb. Bu göstərici 2022-ci ilin iyunundan bəri ən yüksək səviyyədir.

Ən kəskin artım isə şəkərin qiymətində qeydə alınıb. Şəkər bir ayda 11,9 faiz bahalaşaraq 2025-ci ilin iyunundan bəri maksimum həddə yüksəlib. Bunun əsas səbəbi dünya şəkər bazarı üçün mühüm əhəmiyyət daşıyan Braziliyanın mərkəzi və cənub bölgələrində istehsalın azalmasıdır.

FAO-nun baş iqtisadçısı Maksimo Torero bildirib ki, avqustda ərzaq qiymətlərinin artması qlobal bazarlarda risk faktorlarının yenidən gücləndiyinə işarə edir. Onun sözlərinə görə, iqlim dəyişiklikləri, siyasi gərginlik və logistika problemləri ərzaq tədarükü ilə bağlı gözləntilərə ciddi təsir göstərir.

FAO 2026-cı il üçün dünya üzrə taxıl istehsalı proqnozunu 2,98 milyard tona endirib. Bu, iyul proqnozundan 3,4 milyon ton azdır. Göstərici 2025-ci illə müqayisədə 2 faiz aşağıdır və 2018-ci ildən bəri proqnozlarda qeydə alınan ən kəskin azalma hesab olunur. Buna baxmayaraq, 2026-cı ildə taxıl istehsalının müşahidələr tarixində ikinci ən yüksək göstərici olacağı gözlənilir.

2026/2027 mövsümünün sonuna dünya üzrə taxıl ehtiyatları ilə bağlı proqnoz da 1,1 faiz azaldılaraq 947,2 milyon tona endirilib. Bu göstərici əvvəlki illə müqayisədə cüzi yüksəkdir.

Buğda ehtiyatlarının isə artacağı gözlənilir. Bunun əsasən Rusiya və Ukraynada baş verəcəyi bildirilir. Tədarükdəki problemlər səbəbindən bu ölkələrdə məhsulun bir hissəsi daxili bazarda qalır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Sentyabr 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see363

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see312

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see309

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see298

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see279

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see279

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see270

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see263

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see258

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see257

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see250

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see241

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see239

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see237

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see230

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see229

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see226

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see221

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see220

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri