Icma.az
close
up
RU
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR Ekspertdən XƏBƏRDARLIQ KONKRET

Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR Ekspertdən XƏBƏRDARLIQ KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yeni il bayramına sayılı həftələr qalmış istehlak bazarında qiymətlərin necə dəyişəcəyi yenidən gündəmə gəlib. Xüsusilə bayram süfrələrinin əsasını təşkil edən ət və ət məhsulları, meyvə-tərəvəz, şirniyyat, çərəz və digər ərzaq məhsullarının bahalaşacağı ilə bağlı ehtimallar istehlakçıları düşündürür. Bəs qarşıdakı həftələrdə hansı məhsulların qiymətində artım gözlənilir? Bayram alış-verişi vətəndaşların büdcəsinə necə təsir edəcək?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, Yeni il ərəfəsində bir sıra ərzaq məhsullarının bahalaşması ehtimalı yüksəkdir.

Ekspertin sözlərinə görə, qiymət artımına təsir göstərən əsas amillər bayram günlərində tələbatın yüksəlməsi, bazarın təchizat imkanları, idxaldan asılılıq və logistika xərcləridir:

“Yeni il bayramının yaxınlaşması ilə əlaqədar istehlak bazarında qiymət artımı ehtimalı mövcuddur. Xüsusilə ət və ət məhsulları, meyvə-tərəvəz, süd məhsulları, şirniyyatlar, çərəzlər və bayram süfrəsi üçün tələb olunan digər ərzaq məhsullarında müəyyən bahalaşma müşahidə oluna bilər. Bunun əsas səbəblərindən biri bayram ərəfəsində həmin məhsullara tələbatın əhəmiyyətli dərəcədə artmasıdır”.

Günay Hüseynova qeyd edib ki, ət bazarında qiymətlərin dəyişməsi bir neçə mühüm amildən asılı olacaq.

“Ət və ət məhsullarının qiymətinə istehsal xərcləri, yem bazarındakı vəziyyət və mövsümi tələbat birbaşa təsir göstərir. Bayram günlərində istehlakın artması qiymətlərə əlavə təzyiq yarada bilər. Meyvə-tərəvəz məhsullarında isə vəziyyət bir qədər fərqlidir. Burada mövsümi amillər, istixana məhsullarının istehsal xərcləri, saxlanma və daşınma xərcləri əsas rol oynayır. Xüsusilə mövsümdənkənar məhsulların qiymətində artım ehtimalı daha yüksəkdir”.

İqtisadçı vurğulayıb ki, bayram süfrələrinin ayrılmaz hissəsi olan şirniyyat və qənnadı məhsullarında da qiymət dəyişiklikləri istisna edilmir:

“Şirniyyatların qiymətinə xammal, qablaşdırma və idxal xərcləri təsir göstərir. Bayram ərəfəsində bu məhsullara tələbatın yüksəlməsi qiymət artımı riskini daha da gücləndirə bilər. Eyni zamanda, xaricdən gətirilən ərzaq məhsullarının qiyməti beynəlxalq bazarlardakı dəyişikliklərdən və logistika xərclərindən asılıdır”.

Ekspert bildirib ki, bütün ərzaq məhsullarının eyni səviyyədə bahalaşacağını düşünmək doğru deyil.

“Qiymət artımının miqyası bazarda məhsul bolluğundan, təchizat imkanlarından və rəqabət mühitindən asılı olacaq. Bəzi məhsullarda qiymətlər sabit qala, digərlərində isə müəyyən artımlar qeydə alına bilər. Əsas bahalaşmanın tələbatı yüksək olan, mövsümi təchizatı məhdud və idxaldan asılı məhsullarda cəmləşməsi mümkündür”.

Günay Hüseynova əlavə edib ki, bayram ərəfəsində qiymət sabitliyinin qorunması üçün bazarın kifayət qədər məhsulla təmin edilməsi mühüm əhəmiyyət daşıyır.

“Yerli istehsalın dəstəklənməsi, təchizat imkanlarının genişləndirilməsi və süni qiymət artımlarının qarşısının alınması vacibdir. Bu istiqamətdə görülən tədbirlər bazarda qiymət sabitliyinin qorunmasına və istehlakçıların əlavə maliyyə yükü ilə üzləşməməsinə kömək edə bilər”.

Beləliklə, ekspertin açıqlamasından aydın olur ki, Yeni il ərəfəsində xüsusilə ət və ət məhsulları, mövsümi meyvə-tərəvəz, şirniyyat və çərəzlərin qiymətində artım riski mövcuddur. Lakin bahalaşmanın konkret hansı həddə olacağı bazardakı tələb-təklif balansından asılı olacaq.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Noyabr 2026 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see438

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see324

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see320

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see317

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see313

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see306

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see275

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see274

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see269

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see268

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see262

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see262

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see261

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see261

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see257

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see236

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see236

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see227

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see208

Yemək saatlarına DİQQƏT: Ömrünüzü qısaldır ARAŞDIRMA

21 Noyabr 2026 16:47see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri