Icma.az
close
up
RU
Baş nazirdən sərəncam: Yeni komissiya yaradıldı

Baş nazirdən sərəncam: Yeni komissiya yaradıldı

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nazirlər Kabineti elektroenergetika sahəsində bir sıra istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin araşdırılması məqsədilə Komissiyanın yaradılması haqqında qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Qərara əsasən, elektroenergetika sisteminin mövcud potensialının və infrastruktur imkanlarının, enerji sistemində paralel iş rejiminin təşkili, elektrik enerjisinin ötürülməsi və paylanması sahəsində mövcud vəziyyətin araşdırılması, bu sahələrin inkişafı üzrə zəruri tədbirlərin müəyyən edilməsi, kiçik su elektrik stansiyalarının tikintisi və istismarının effektivliyinin təhlili, habelə "Azərenerji" və "Azərişıq" ASC-lərin fəaliyyətinin, o cümlədən maliyyə-təsərrüfat fəaliyyətinin və idarəetmə mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılıb.

Komissiyanın sədri

energetika naziri

Komissiyanın üzvləri:

- Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri

- iqtisadiyyat nazirinin müavini

- maliyyə nazirinin müavini

- Dövlət Neft Şirkətinin prezidenti

- Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini

- Baş nazirinin köməkçisi

Komissiyaya tapşırılıb ki, beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə 2 ay müddətində ölkənin enerji təhlükəsizliyi də nəzərə alınmaqla elektroenergetika sisteminin mövcud potensialının və infrastruktur imkanlarının, enerji sistemində paralel iş rejiminin vəziyyətini araşdırsın, elektrik enerjisinin ötürülməsi və paylanması sahəsində mövcud vəziyyəti təhlil etsin və onun inkişafı üzrə tədbirləri müəyyən etsin, kiçik su elektrik stansiyalarının tikintisinin və istismarının səmərəliliyini araşdırsın, səhmdar cəmiyyətlərinin fəaliyyətinin, o cümlədən maliyyə-təsərrüfat fəaliyyətinin və idarəetmə mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsini həyata keçirsin, zərurət olduqda, aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərini işə cəlb etsin, araşdırma və təhlil nəticələrinə dair məlumatları və təkliflərini Nazirlər Kabinetinə təqdim etsin.

"Azərenerji" və "Azərişıq" Komissiyanın fəaliyyətinə lazımi kömək göstərilməsini, onun müraciəti əsasında zəruri məlumatların və sənədlərin təqdim olunmasını təmin etməli, Maliyyə Nazirliyi sərəncamın icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://axar.az
archiveBu xəbər 23 Noyabr 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see438

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see324

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see320

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see317

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see313

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see306

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see275

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see274

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see269

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see268

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see262

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see262

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see261

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see261

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see257

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see236

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see236

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see227

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see208

Yemək saatlarına DİQQƏT: Ömrünüzü qısaldır ARAŞDIRMA

21 Noyabr 2026 16:47see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri