Sülh gündəliyinin həssas mövzu: Paşinyan Bakının tələbini icra edir
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Ermənistanda konstitusiya dəyişikliyi məsələsi Azərbaycanla sülh prosesinin ən mühüm siyasi mövzularından biri olaraq qalır. Azərbaycanın mövqeyi aydındır: Ermənistan Konstitusiyasının preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiası kimi qiymətləndirilən müddəalar mövcuddur və bu məsələ aradan qaldırılmadan sülh müqaviləsinin imzalanması üçün zəruri hüquqi təminat formalaşmır. Bakı hesab edir ki, sülh yalnız siyasi bəyanatlarla məhdudlaşmamalı, gələcəkdə ərazi iddialarının yenidən gündəmə gətirilməsini istisna edən möhkəm hüquqi əsaslara söykənməlidir".
Bunu "Cebheinfo.az"a açıqlamasında siyasi-şərhçi Züriyə Ruslanqızı deyib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi mövcud Konstitusiyanın Azərbaycana qarşı ərazi iddiası yaratmadığını bildirir. Məhz bu fərqli yanaşma konstitusiya məsələsini iki ölkə arasında sülh gündəliyinin həssas mövzularından birinə çevirir:
"Son hadisələr göstərir ki, Ermənistan Azərbaycanın irəli sürdüyü əsas şərtin yerinə yetirilməsi istiqamətində artıq konkret addım atır. Noyabrın 23-də Nikol Paşinyanın təqdim etdiyi yeni Konstitusiya layihəsində 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması xüsusilə diqqət çəkir. Bu, Bakının uzun müddətdir qaldırdığı əsas məsələyə birbaşa toxunur. Lakin Ermənistan hakimiyyəti həmin dəyişikliyi Azərbaycanın tələbinin qəbul edilməsi kimi deyil, ölkənin daxili siyasi qərarı kimi təqdim edir.
Üstəlik, layihənin qəbul olunması üçün parlamentdə lazımi dəstək təmin edilməli, daha sonra referendum keçirilməlidir. Müxalifətin müqaviməti isə prosesi çətinləşdirir. Ona görə də indiki mərhələdə Ermənistanın Azərbaycanın şərtini mahiyyət etibarilə nəzərə aldığını, lakin hələ tam yerinə yetirmədiyini söyləmək daha doğru olar. Əsas məsələ bu siyasi iradənin hüquqi nəticəyə çevrilməsi və sülh müqaviləsinin imzalanmasına real zəmin yaratmasıdır".
Vilayət Muxtar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 23 Noyabr 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















