Əsas hədəf uşaqlara daha təhlükəsiz rəqəmsal mühit formalaşdırmaqdır
Icma.az, Olke.az saytına istinadən bildirir.
Bunu Ölkə.az-a açıqlamasında deputat Aydın Hüseynov deyib.
O qeyd edib ki, bu baxımdan qanunvericiliyə edilən dəyişikliklərin əsas məqsədi sosial şəbəkələrə çıxışı məhdudlaşdırmaq və ya qadağalar tətbiq etmək deyil: "Əsas hədəf uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşdırmaq, onların fiziki və psixoloji inkişafına mənfi təsir göstərə biləcək amillərin qarşısını almaq, eyni zamanda valideynlərin nəzarət və məsuliyyətini gücləndirməkdir.
Yeni yanaşma beynəlxalq təcrübəyə uyğun olaraq uşaqların yaş xüsusiyyətlərinə uyğun rəqəmsal mühitin yaradılmasını, platformaların məsuliyyətinin artırılmasını və valideynlərin maarifləndirilməsini təşviq edir. Bu dəyişikliklər uşaqların internetdən təhlükəsiz və sağlam şəkildə istifadə etmələrinə, onların hüquqlarının və məxfiliyinin daha etibarlı qorunmasına xidmət edir.
İctimaiyyətə çatdırılmalı əsas mesaj ondan ibarətdir ki, söhbət sosial şəbəkələrin qadağan edilməsindən deyil, uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasından gedir. Bu dəyişikliklər dövlət, ailə və cəmiyyətin birgə məsuliyyətini gücləndirən, gələcək nəslin sağlam inkişafını dəstəkləyən mühüm addımdır".
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 03 İyul 2026 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















