Icma.az
close
up
RU
Əsas məqsəd Cənubi Qafqazda nümunəvi sülh sistemini formalaşdırmaqdır ŞƏRH

Əsas məqsəd Cənubi Qafqazda nümunəvi sülh sistemini formalaşdırmaqdır ŞƏRH

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan çalışır, bunu da bacaracaq

Azərbaycan Prezidenti İlham Əliyev ADA-da keçirilən beynəlxalq forum zamanı Cənubi Qafqaz ölkələrinin imkanlarından bəhs edib.

Dövlət başçısı regionda qarşılıqlı münasibətlər qrumaq üçün heç bir vasitəçiyə ehtiyac olmadığını vurğulayıb. O deyib: "Biz vasitəçilərdən təngə gəlmişik. 28 il ərzində vasitəçilərimiz var idi – həmin o məşhur Minsk qrupu. Onların yeganə məqsədi işğalı əbədiləşdirmək və Qarabağı Ermənistana verməkdən ibarət idi. Ona görə biz kiminsə vasitəçi olmaq istədiyini eşidəndə bir az narahat oluruq. Gəlin bunu özümüz edək, biz bu regionda yaşayırıq".

Azərbaycanın Avropa təsisatları ilə, xüsusilə Avropa Komissiyası ilə yaxşı əlaqələrə sahib olmaq istəyini bəyan edən ölkə başçısı bu əlaqələrin bizim maraqlarımızın qurban verilməsi hesabına qurulmayacağını bəyan edib. Prezidentin sözlərinə görə, onların davamlı olaraq bizim daxili işlərimizə qarışması, cəmiyyətimizin müxtəlif seqmentlərinin maliyyələşdirilməsi, gənclərimizin beyinlərinin yuyulması, regionumuzda yaşayan xalqların zəhərlənməsi – bütün bunlar bizə lazım deyil. Cənubi Qafqazın aparıcı dövlətləri olaraq Azərbaycan və Gürcüstan bu işdə məsuliyyəti öz üzərinə götürərək əməkdaşlıq etməlidirlər. Əlbəttə, burada Ermənistan da var və o, ancaq Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı konstitusiyasına dəyişiklik edəcəyi təqdirdə bu prosesə qoşula bilər. Bu vaxt biz regionumuzda uzunmüddətli proqnozlaşdırıla bilən vəziyyətdən bəhs edə bilərik.


Ölkə başçısının çıxışını müsbət dəyərləndirən Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, siyasi ekspert Vüqar Dadaşov da "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanın əsas məqsədi Cənubi Qafqazda nümunəvi sülh sisteminin formalaşmasıdır. Azərbaycanın sülh niyyətlərinin hamıya bəlli olduğunu vurğulayan politoloqa görə, çox da uzaq olmayan vaxtda nümunəvi bir sülh sisteminin formalaşmasına ki, nail olacağıq: 


"Çox təəssüf ki, hazırda Cənubi Qafqazda sülh Qərb-Rusiya qarşıdurması fonunda mümkünsüz hala gəlib.

Vasitəçi qismində iştirak etmək istəyən tərəflərin öz maraqları olduğuna görə, Ermənistanla Azərbaycan arasında razılaşmanın əldə edilməsi gecikir. Tərəflər arasında vasitəçisiz görüşlərin təşkili isə etimad mühitinin yaradılması və perspektivdə sülhmahiyyətli razılaşmanın imzalanmasına gətirə bilər. Çünki güclü geopolitik oyunçular həmişə öz maraqlarından regionu nəzərdən keçirirlər və öz maraqları istiqamətində məsələnin həllinin tərəfdarıdırlar. Onlar çalışırlar ki, bölgədə öz maraqlarını təmin etsinlər.

Moskva, Brüssel, Vaşinqton əlbəttə ki, böyük geopolitik aktorlardır, onlar Gürcüstanla müqayisəyə gələ bilməzlər. Lakin Gürcüstan Cənubi Qafqazın ayrılmaz bir parçası kimi bölgədə sabitliyin bərqərar olmasına daha çox töhfə verə bilər. Hansı ki, bu dövlətin ərazisində azərbaycanlılarla ermənilər sülh, əmin-amanlıq şəraitində yaşayırlar. Bu, çox yaxşı bir president formalaşdırır ki, Qafqazda birgəyaşayış təmin olunsun".


V.Dadaşovun sözlərinə görə, Ermənistan da digər Cənubi Qafqaz ölkələri kimi sülh müqaviləsinin imzalanmasına və Cənubi Qafqazda ümumi bir təhlükəsizlik arxitekturasının yaranmasına çalışmalıdır: 

"Azərbaycanla Ermənistan arasında vasitəçisiz əlaqələrin, birbaşa kontaktın yaradılması tərəflər arasında sülh müqaviləsi mahiyyətli razılaşmanın əldə edilməsi üçün olduqca vacib şərtdir. Yuxarıda da qeyd etdiyim kimi, Ermənistan-Azərbaycan arasında sülhün yaranması məhz Qərb-Rusiya qarşıdurması, yarışması fonunda mümkünsüz hala gəlib.

Çünki bu ölkələr müəyyən mənada Ermənistanla Azərbaycan arasında konfliktin, gərginliyin davamında maraqlıdır. Hər iki tərəf, ancaq bu halda Cənubi Qafqazda maraqlarını təmin edə bilər.

Lakin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı mümkün razılaşmanın əldə edilməsi Azərbaycanın güclü hərbi-siyasi tələbi ilə əlaqəli olduğundan, vasitəçi tərəflərin vasitəçi mövqeyi zəifləyir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Aprel 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri