Icma.az
close
up
RU
“Əsas məqsədimiz BƏƏ ilə tərəfdaşlığı irəli aparmaqdır” Deputat

“Əsas məqsədimiz BƏƏ ilə tərəfdaşlığı irəli aparmaqdır” Deputat

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri mühüm əhəmiyyət daşıyır. Səfər zamanı dövlət başçısına “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim edildi. Əsas hadisələrdən biri də iki ölkənin silahlı qüvvələrinin iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” hərbi təlimlər oldu. Bütün bunlar Azərbaycanın BƏƏ ilə strateji tərəfdaşlığını ən yüksək səviyyəyə qaldırmasının təzahürüdür”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

O bildirib ki, səfər zamanı bir sıra böyük investisiya layihələri nəzərdən keçirildi. Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi”də ölkəmizə məxsus payın müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı sənəd imzalandı. BƏƏ-yə Azərbaycanın payının bir hissəsini almaq imkanı verildi ki, bununla da o, “Cənub Qaz Dəhlizi”nin iştirakçısına çevrilir.

Deputat söyləyib ki, rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağı böyük planlar var:

“Gözlənilir ki, ABŞ-nin iştirakı, BƏƏ-nin maliyyə dəstəyi ilə Azərbaycanda süni intellektlə bağlı böyük data mərkəzi yaradılsın. Yaşıl energetika ilə bağlı böyük planlar var. Yəni bizim əsas məqsədimiz BƏƏ ilə çox sıx və qarşılıqlı fayda verən tərəfdaşlığımızı irəli aparmaqdır”.

Deputat hesab edir ki, Azərbaycan-BƏƏ əməkdaşlığı üçün böyük potensial var:

“BƏƏ-nin təxminən 10 milyon əhalisi var, ərazisi də Azərbaycan qədərdir, maliyyə imkanları isə genişdir. Onların Dubayda yaratdıqları Azad İqtisadi Zona ilə bağlı təcrübəsini bütün dünya nümunə kimi qəbul edir. Böyük potensial, böyük inkişaf var. Təbii ki, həm onların təcrübəsi, eyni zamanda, maliyyə dəstəyi Azərbaycan üçün olduqca önəmlidir. BƏƏ-nin səsi də, nüfuzu da dünya üçün əhəmiyyətlidir. Ölkələrimiz bəzi məsələlərdə oxşar dəyərləri bölüşür, davranışları da eynidir. Bizim və BƏƏ-nin seçimi dünyəviliyə, dinlərin qovuşmasına bağlıdır. Hər iki  ölkə bütün dinlərə hörmətlə yanaşır, dini dözümlülük mühiti hökm sürür, hər iki ölkədə məscidlərlə yanaşı, digər dinlərə məxsus ibadət yerləri də var”.

R.Musabəyov BƏƏ-nin digər missiyasını, dialoq məkanı kimi rolunu da yüksək qiymətləndirib. O bildirib ki, bütün gərginliklərə baxmayaraq, İsraillə ərəb ölkələri arasında xüsusi münasibətləri qoruyub saxlayan ərəb ölkəsi BƏƏ-dir. Azərbaycanın da İsraillə münasibətləri yüksək səviyyədədir. Bu da daha bir oxşarlıqdır: “Mən BƏƏ-nin bizdən uzaq məsafədə yerləşməsinə dair fikirləri bölüşmürəm. Bakıdan Əbu-Dabiyə məsafə 2 saatdır. Demək istəyirəm ki, əslində biz qonşuyuq. BƏƏ bizim üçün əhəmiyyətli bir dövlətdir və təcrübəsi də Azərbaycan üçün olduqca vacibdir”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Fevral 2026 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see316

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see307

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see302

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see302

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see299

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see290

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see287

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see281

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see281

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see255

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see254

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see249

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see247

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see246

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see241

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see236

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see234

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see234

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see230

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri