Icma.az
close
up
RU
Əsas məqsədlərdən biri

Əsas məqsədlərdən biri

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Hərtərəfli inkişaf konsepsiyasını prioritet sayan Azərbaycan dövləti üçün regionların bərabər sosial-iqtisadi inkişafı əsas məqsədlərdən biridir. Vacib amillərdən biri odur ki, burada müəyyən edilmiş bölgələr, lider bölgələr və problemli bölgələr təsnifatı mövcud deyil. Çünki Prezident İlham Əliyev bildirir ki, Azərbaycan sadəcə Abşeron yarımadası və paytaxt Bakıdan ibarət deyil. Dövlət başçımızın yürütdüyü siyasət regionları paytaxta, paytaxtı da regionlara daha əlçatan edir, region əhalisinə paytaxt sakinlərinə verilən xidmətləri və yüksək həyat standartlarını təqdim edir. Atılan bütün addımlar müxtəlif regionlar arasında mövcud olan sosial və iqtisadi disbalansı aradan qaldırmağa xidmət edir. Regional siyasət ölkəmizin bütün regionlarını, şəhər və kəndlərini əhatə edir, iş yerlərinin yaradılmasına, biznesin rəqabət qabiliyyətinə, iqtisadi artıma, davamlı inkişafa və vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir.

Dövlətimiz investisiyaları dəstəkləyir, kiçik və orta sahibkarlığın inkişafına, yerli istehsalın artırılmasına çalışır. Azərbaycanın regional siyasəti ölkəmizin hərtərəfli inkişafına, habelə regionda Azərbaycanın iqtisadi nöqteyi-nəzərdən statusunun daha da möhkəmləndirilməsinə xidmət edir. Regional siyasət, regionların sosial-iqtisadi inkişafı həm də demoqrafiya ilə də bağlıdır. Bu siyasət dünyada gedən maliyyə böhranının ölkəmizə təsirinin azaldılmasına xidmət edir.
Dövlət başçımızın bu dəfə də Yevlaxa səfər etməsi onu göstərir ki, yürüdülən aktiv beynəlxalq siyasətə paralel olaraq daxili siyasətdə də işlər sürətlə icra olunur. Məsələ həm də ondan ibarətdir ki, Qarabağın dirçəldilməsinə paralel olaraq digər regionlarımız da dövlətimizin, dövlət başçımızın diqqətindən kənarda qalmır.
İnsanlarımızın sağlam həyat tərzi keçirməsi vacib amillərdən biridir. Bu gənc nəslin daha sağlam təməllər üzərində inkişafı deməkdir. Odur ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”ı çərçivəsində icra olunan Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanışlığı bu amala xidmət edir. Onu da nəzərə alsaq ki, III Müstəqil Dövlətlər Birliyi Oyunlarının 2025-ci ildə Azərbaycanda keçiriləcək bu kompleks Oyunlar zamanı boks idman növü üzrə yarışların təşkil edilməsində məkan kimi çıxış edəcək.
Səfər çərçivəsində dövlət başçımız Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış oldu. Şübhəsiz ki, yol vətəndaşlarımızın həyta səviyyəsinin yaxşılaşdırılmasına xidmət edəcək. Lakin nəzərə alınmalı bir digər amil də var ki, o da mövcud yolun beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsidir. Bu baxımdan yolun yüksək səviyyədə qurulması nəqliyyat qovşaqları üzərində yerləşən Azərbaycanın beynəlxalq daşımalarda rolunu daha da artırır.
Dövlət başçımızın regionlara bu səfəri çərçivəsində enerji amilinin üzərində xüsusi dayanıldığının şahidiyik. Buna görə də “Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin və Yevlaxda “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak ondan xəbər verir ki, Mərkəzi Aran regionunun enerji təchizatının yaxşılaşdırılması, istehlakçıların fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi 60 il öncə tikilən “Yevlax” qovşaq yarımstansiyasının tələbatı ödəməməsi səbəbindən daha da aktuallıq qazanıb.
Yevlax pilot aqroparkının açılışı isə istehsal və ixrac pəncərələrinin daha geniş aralanmasına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına xidmət edəcək. İnverstorlar üçün şəffaf mühitin yaradılması, dövlət tərəfindən təqdim edilən stimullaşdırıcı addımlar regionların inkişafını daha da sürətləndirəcək. Daxili tələbatın ödənilməsi yeganə məqsəd deyil, həm də ölkəmizin ixrac potensialının möhkəmləndirilməsi əsas məsələdir ki, aqropark da bu istiqamətdə önəmli addımdır. Qeyri-neft sektorunun inkişafı, sənayeləşmə siyasətinin vacib komponenti kimi sənaye müəssisələrinin artırılması, yeni istehsal sahələri yaradılması özünü Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında göstərdi.
Bütövlükdə Prezident İlham Əliyevin regionlara bu dəfəki səfəri də olduqca məhsuldar oldu. Bir daha sübut olundu ki, dövlət başçımızın yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahının daha da yaxşılaşdırılması dayanır.

Azər Badamov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 İyun 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see687

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see536

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see299

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see276

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see268

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see265

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see261

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see257

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see252

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see216

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see192

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see186

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see184

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see184

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri