Icma.az
close
up
RU
Əsas məsələ PKK nın silahlı strukturlarının tam ləğvi və ideoloji aparatının ifşasıdır Politoloq

Əsas məsələ PKK nın silahlı strukturlarının tam ləğvi və ideoloji aparatının ifşasıdır Politoloq

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"PKK-nın silahı buraxması faktiki olaraq Türkiyə dövlətinin uzunmüddətli və ardıcıl mübarizəsinin real nəticəsidir. Bu hadisə terrorla mübarizənin təkcə hərbi deyil, diplomatik, siyasi və kəşfiyyat müstəvilərində də uğurla aparıldığını sübut edir. Abdullah Öcalanın bu çağırışı istər həbsxanadan gəlsin, istər başqa mərkəzdən, Ankara üçün yalnız bir nəticə doğurur: dövlətin iradəsi qalib gəldi. Silahın buraxılması ilə bağlı çağırışa kollektiv şəkildə əməl olunursa, bu, Türkiyə üçün strateji qələbə olacaq".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov PKK-nın silahı buraxması haqqında danışarkən bildirdi.

"Türkiyə bu prosesə istənilən güzəşt və ya qeyri-rəsmi dialoq olmadan nail olub. Məhz bu da prosesi unikallaşdırır. Silahların yerə qoyulması PKK-nın regiondakı, xüsusilə də İraqın şimalında və Suriyanın şərqindəki dayaqlarının tədricən çökəcəyinə işarədir. Bu mərhələdə əsas məsələ təşkilatın silahlı strukturlarının tam ləğvi və ideoloji aparatının ifşasıdır. Təkcə fiziki olaraq silahı buraxmaq kifayət deyil, ideoloji və maliyyə damarları da kəsilməlidir. Çünki silahın yerə qoyulması bəzi hallarda zaman qazanmaq, strukturu yeniləmək və ya beynəlxalq legitimlik axtarışına çıxmaq üçün də alətə çevrilə bilər", - deyə o vurğuladı.

Siyasi şərhçi qeyd etdi ki, DEM Partiyasının siyasi xəttində də ideoloji transformasiya gözlənilməlidir:

“Öcalanın rolu bu mərhələdə artıq siyasi dəyərini itirib, çünki meydan Ankara ilə xalq arasındadır. Bu zəfər, təkcə hərbi deyil, milli ruhun və dövlətçilik iradəsinin zəfəridir. Silahı yerə qoyan tərəf artıq diktə edən tərəf deyil, diktə olunan tərəfdir. Türkiyənin indi qarşısında duran əsas məsələ bu zəfəri diplomatik və geosiyasi masaya daşımaqdır. Türkiyə regionda yalnız sabitliyi təmin edən güc mərkəzi deyil, həm də terrora qarşı qlobal mübarizə modelini təqdim edən aktordur”.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyul 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri