Icma.az
close
up
RU
Politoloq: PKK nın atacağı addımları izləmək lazımdır

Politoloq: PKK nın atacağı addımları izləmək lazımdır

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İstər regional, istərsə də regiondan kənar ölkələrin PKK üzərindən Türkiyəyə təzyiq göstərmək maraqları mövcuddur



Türkiyədə Kürd Fəhlə Partiyasının (PKK) Şimali İraqdakı 11 düşərgəsinin tamamilə ləğv edilməsi və orada olan minlərlə silahlının başqa yerlərə köçürülməsi planlaşdırılır.

"Sabah” qəzetinin verdiyi məlumata görə, bu tədbir Ankaranın terrorizmdən azad olunması istiqamətində həyata keçirdiyi proses çərçivəsində nəzərdə tutulur.

PKK 47 il əvvəl Türkiyənin Diyarbəkir şəhərində yaradılıb və bu müddət ərzində Şimali İraqda 11 əsas düşərgə qurub. Bunlar ölkədə təşkilatın əsas bazaları sayılır və çoxsaylı kiçik dayaq nöqtələrindən əlavədir. Türkiyə sərhədinə ən yaxın yerləşən düşərgələrdən biri - böyük Zap düşərgəsidir ki, o, Türkiyənin Hakkari vilayətindən də görünür. Bu yer PKK üçün ən vacib məntəqələrdən biridir. Qəzetin məlumatına görə, təşkilatla əlaqəsi olmayan şəxslərin ora girişi qadağandır və dəfələrlə oradan Türkiyə ərazisinə keçmək cəhdləri baş verib.

Qeyd edək ki, hazırda Türkiyədə terror fəaliyyətinə görə ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalan bu ilin fevral ayında təşkilatla əlaqəli bütün qrupları silahı yerə qoymağa və Ankarayla silahlı münaqişəyə son qoymağa çağırmışdı. May ayında PKK qurultay keçirmiş və orada təşkilatın ləğvi və Türkiyə hakimiyyəti ilə təxminən 50 il davam edən qarşıdurmaya son qoyulması barədə qərar qəbul etmişdi.


Politoloq Samir Hümbətov Sherg.az-a bildirib ki, PKK-nın silahı yerə qoyması çox böyük və mühüm bir hadisədir:


"1978-ci ildən bu yana formalaşmış və zaman-zaman böyük güclərin dəstəyini almış PKK-nın silahlı fəaliyyətə son verməsi, özlüyündə müsbət bir haldır. Ancaq burada məsələ təkcə partiyanın qərar qəbul etməsi ilə yekunlaşmır. PKK-nın müxtəlif qolları mövcuddur – PYD, YPG, PJAK, Rojava və s. Bu strukturun bütün elementləri qərara əməl etməlidir. Düzdür, Abdullah Öcalan tərəfindən silahlı mübarizənin dayandırılması ilə bağlı çağırış edilib. Artıq bəzi qruplar bu çağırışa reaksiya verərək silahı yerə qoymağa başlayıblar. Amma bu prosesin nə dərəcədə səmimi və davamlı olacağı hələ ki, sual altındadır. Əgər proses səmimi şəkildə davam etsə və PKK həqiqətən silahlı fəaliyyəti dayandırsa, bu həm Türkiyə, həm də bölgə üçün təqdirəlayiq bir hal olacaq. Həmçinin bu, Türkiyənin terrorla mübarizəsində də ciddi üstünlük qazandıracaq. Əks halda, yəni silahlı fəaliyyət tam dayandırılmazsa, Türkiyə bu məsələyə yenidən, ciddi şəkildə yanaşmalı olacaq. Necə ki, bir neçə gün əvvəl Türkiyə 12 hərbçisini şəhid verdi. Bu kimi hadisələr bölgədəki vəziyyətin hələ də sabit olmadığını göstərir".


Analitik əlavə edib ki, terrora son qoyulmalı, qarşıda terrorun olmadığı bir Türkiyə və sabit bir coğrafiya formalaşmalıdır:

"Hazırda PKK-nın atacağı addımları izləmək lazımdır. Ola bilər ki, təşkilatın öz daxilində silahı tam şəkildə yerə qoymaq istəyi mövcuddur. Amma xarici təsirlər və maraqlı güclər buna imkan verəcəkmi? Bu, hələ də açıq qalan bir sualdır. Çünki "Hazırda PKK-nın atacağı addımları izləmək lazımdır.Çünki istər regional, istərsə də regiondan kənar ölkələrin PKK üzərindən Türkiyəyə təzyiq göstərmək maraqları mövcuddur. Bu səbəbdən məsələ ilə bağlı ehtiyatlı olmaq və hadisələri ciddi şəkildə analiz etmək vacibdir. Hələlik isə bu çağırışa ehtiyatla, amma diqqətlə yanaşmaq lazımdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 İyul 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri