“Əsas səbəb oyun displinindən çıxmağımızdır”
Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan “Neftçi” – “Kəpəz” (1:0) matçından sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Azarkeşlərimizə təşəkkür edirəm ki, komanda məğlub olsa da sona qədər yanımızda oldular. Oyuna gəlincə, maraqlı keçdi. – Əfsuslar olsun ki, fürsətlərimizdən yararlana bilmədik. Dinamik oyun keçdi. Sarı və qırmızı vərəqələrlə yadda qaldı.
– Növbəti turda da “Neftçi”ylə oynayacaqsız. Kifayət qədər material yığa bildiz?
– Hər bir oyunda material var. 4-cü dəfədir ki, “Neftçi”ylə qarşılaşdıq. Artıq bəzi şeyləri analiz etməyə dəyməz. Sadəcə səhvlərimizi daha da azaltmalıyıq. Çox futbolçularımızın potensialını bilirik. Sadəcə onlar öz yaradıcılığını göstərməlidir. Son məğlubiyyətlərimizə əsas səbəb oyun displinindən çıxmağımızdır.
Mirkamal Kazım
Baxış sayı:75
Bu xəbər 28 Fevral 2025 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















