Icma.az
close
up
RU
Əsəd devrildi: Rejim niyə süquta uğradı?

Əsəd devrildi: Rejim niyə süquta uğradı?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müxalifətin cəmi 12 gündə böyük şəhərləri ələ keçirməsi və daha sonra paytaxt Dəməşqə daxil olması ilə Suriyada 50 ildən çox hakimiyyətdə olan Əsəd ailəsinin hakimiyyəti çöküb.

"Cebheinfo.az" xəbər verir ki, 24 ildir Suriyanı idarə edən prezident Bəşər Əsəd bazar günü müxalifət qüvvələrinin paytaxta müqavimət göstərərək daxil olmasından sonra ölkədən qaçıb.

Müxalifətin bu sürətli qələbəsi Əsəd rejiminin zəifliyini və kritik anda çatmayan İran və Rusiyadan dəstək asılılığını ortaya qoyub.

Maraqlıdır, Əsədin Suriyada süqutunu hazırlayan amillər hansılardır?

Əvvəla, 13 ildən artıqdır ki, davam edən vətəndaş müharibəsi rejim qüvvələrini yorub. Yarım milyondan çox insanın həyatına son qoyan, ölkənin iqtisadiyyatını, infrastrukturunu və sənayesini məhv edən müharibədə ordu tükənib.

Mütəxəssislər bildirirlər ki, ordu müharibənin ilk illərində itkilər, fərariliklər nəticəsində 300 min nəfərlik gücünün təxminən yarısını itirib.

Yorğun və ruhdan düşmüş ordu noyabrın 27-də müxalifətin hücumu ilə qarşılaşanda hazırlıqsız yaxalanıb.

Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) məlumatına görə, ordu son günlər müxalifətə qarşı az müqavimət göstərib.

Bildirilir ki, əsgərlər tez-tez döyüşlər onlara çatana qədər öz mövqelərini boşaldırlar.

Bu illər ərzində Əsəd Rusiya və İran kimi əsas müttəfiqlərinin hərbi, siyasi və diplomatik dəstəyinə arxalanıb.

Onların köməyi ilə rejim 2011-ci ildə vətəndaş müharibəsi başlayandan sonra itirdiyi əraziləri geri qaytarıb. Rusiyanın 2015-ci ildə müdaxiləsi müharibənin gedişatını Əsədin xeyrinə dəyişib.

Lakin noyabrın 27-də başlayan hücumlar Rusiyanın hələ də Ukrayna müharibəsində ilişib qaldığı bir vaxtda baş verib. Bu dəfə hava zərbələri müxalifətin ölkənin geniş ərazilərinə yayılmasının qarşısını ala bilməyib.

İran da uzun müddətdir ki, Suriya ordusuna hərbi müşavirlər göndərir və  rejim tərəfdarı silahlı qruplara dəstək verir.

Lakin keçən il İran və onun müttəfiq qrupları Qəzza zolağında gedən müharibə və ondan sonra İsraillə “Hizbullah” arasında yaranan gərginlik zamanı İsrailin böyük zərbələrinə məruz qalıb.

Bu gərginlikdə İsrailə qarşı durmaq üçün “Hizbullah” üzvlərinin çoxunu Suriyadan Livana köçürüb və qonşu ölkədə mövcudluğunu zəiflədib.

İsraillə müharibə zamanı baş katib Həsən Nəsrullah və onun varisi hesab edilən Haşim Seyfəddin də daxil olmaqla bir çox “Hizbullah” lideri öldürülüb.

Suriyada Bəşər Əsəd rejiminin həyata keçirdiyi siyasətlər, xüsusilə 2011-ci ildə vətəndaş müharibəsi başladığından bu yana ölkə iqtisadiyyatına ağır zərbə vursa da, rejimin dağılması ilə bərpa prosesinin başlayacağı gözlənilir.

Dünya Bankının məlumatına görə, hər dörd suriyalıdan biri həddindən artıq yoxsulluqdan əziyyət çəkir və vəziyyətin 2023-cü ilin fevralında baş verən zəlzələnin dağıdıcı təsiri səbəbindən daha da pisləşdiyi təxmin edilir.

Suriya iqtisadiyyatının bütün sahələrində müşahidə edilən tənəzzül kənd təsərrüfatında da özünü göstərib.

Suriya xalqı kritik bir yoxsulluqla mübarizə apararkən, Əsəd ailəsinin təxminən 1-2 milyard dollar sərvətinin olduğu təxmin edilir.

Ləman İsmayıl
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Dekabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see434

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see397

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see389

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see364

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see350

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see345

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see267

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see266

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see264

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see202

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri