Əsəd əvvəl Suriyanı tərk etməyi planlaşdırmayıb
Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
“Terrorçuların ələ keçirdiyi ölkədə rəhbər qalmaq mənasız idi”
İstefa verən Suriya Prezidenti Bəşər Əsəd Rusiya qüvvələri ilə koordinasiya üçün Dəməşqi tərk etdiyini və ilkin olaraq ölkəni tərk etməyi planlaşdırmadığını bəyan edib. AYNA xəbər verir ki, Suriyanın keçmiş liderinin sözlərini onun mətbuat xidməti “X” sosial şəbəkəsində yazıb.
“Terrorçu qüvvələr Dəməşqə daxil olanda mən döyüş əməliyyatlarına nəzarət etmək üçün rus müttəfiqlərimizlə koordinasiyalı şəkildə işləmək üçün Latakiyadakı bazaya getdim”, deyə Əsəd bildirib.
Onun sözlərinə görə, Xmeymimdəki Rusiya bazasına çatdıqdan sonra Suriya ordusunun Dəməşqdən qaçması barədə ona məlumat verilib: “Terrorçuların ələ keçirdiyi ölkədə rəhbər qalmaq mənasız idi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 16 Dekabr 2024 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















