Icma.az
close
up
RU
Əsəd istefa verəcək? Suriyanın taleyi ölkədən kənarda həll olunur

Əsəd istefa verəcək? Suriyanın taleyi ölkədən kənarda həll olunur

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Suriyada müxalifət Rastan şəhərinə nəzarəti ələ keçirib.

Bakıvaxtı.az xəbər verir, Rastan Homs əyalətinin üçüncü ən böyük şəhəridir.

Qeyd edək ki, bundan əvvəl Hələb və Həma şəhərləri də müxalifət tərəfindən nəzarətə götürülüb.

Bəs görəsən, Suriyada baş verənlər Əsəd rejiminin devrilməsi ilə nəticələnəcəkmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Suriyada hökumət və ya dövlət anlayışı demək olar, yoxdur. Sadəcə olaraq Rusiya və İranın dəstəklədiyi Əsəd rejimi öz mövcudluğunu saxlayır.

E.Xalidbəyli qeyd edib ki, ölkənin bütün ərazisi bir neçə silahlı qruplaşma arasında bölünmüş vəziyyətdədir.

Elçin Xalidbəyli: Əsəd rejiminin taleyi əslində Suriyadan kənarda həll olunur

Suriyada hökumətin devrilməsi ilə bağlı hər hansısa prosesin getmədiyini deyən politoloq izah edib ki, hazırda baş verənlər sadəcə Əsəd rejiminin tamamilə sıradan çıxarılması istiqamətində cərəyan edir.

Müsahibimiz Əsəd rejiminin cinayətkar bir rejim olduğunu, ölkənin dağıdılmasında xüsusi rol oynadığını söyləyib. Onun sözlərinə görə, bu rejimin sıradan çıxarılması Suriyada yeni siyasi sistemin qurulması qarşısındakı əsas əngəlin aradan qaldırılmasına yol aça bilər:

“Hazırda Əsəd rejiminin taleyi əslində Suriyadan kənarda həll olunur. Suriyada ABŞ-nin, Rusiyanın, İranın, Türkiyənin maraqları var və bu maraqlar kəskin şəkildə toqquşur”.

Politoloq PKK\PYD terror təşkilatının ABŞ tərəfindən, Əsəd rejiminin Rusiya və İran tərəfindən dəstəkləndiyini, Türkiyənin isə hazırda hücum prosesini davam etdirən silahlı müxalifətin arxasında olduğunu vurğulayıb:

“Yəni faktiki olaraq, Suriyada baş verənlər maraq toqquşmasından başqa bir şey deyil. Böyük ehtimalla hadisələrin sonu, daha çox bu böyük dövlətlərin arasındakı münasibətlərin və yaxud da ziddiyyətlərin hansı formada həll olunmasından asılı ola bilər”.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Dekabr 2024 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri