ƏSƏD ORDUSU DƏMƏŞQƏ QISILIR: hərbçilər daha bir strateji şəhərdən qaçdı Rəsmi Moskva vətəndaşlarına çağırış elədi
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Suriyada Bəşər Əsəd rejiminə balı ordu birlikləri paytaxt Dəməşqə gedən yolun üstündəki son qala hesab olunan Humusda da möhkəmlənə bilməyib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq Hələb, İdlib, Tel Rifat, Həma və digər bölgələri ələ keçirən silahlı qruplar Humusa da daxil olublar.
Məlumata görə, Suriya ordusu müxalif qüvvələrin bir neçə istiqamətdən hücumu qarşısında tab gətirməyərək qaçıblar.
Suriya İnsan Haqları Müşahidə Qrupu faktı təsdiqləyib. Bildirilib ki, müxaliflər Dəməşqdən əvvəl sonuncu qala hesab olunan Humus (Homs) şəhər mərkəzinə artıq giriblər: "Burada çox az sayda Əsədə bağlı qruplar qalıb ki, onlarla döyüş gedir. Demək olar ki, artıq onlar zərərsizləşdirilib...".
Yayılan digər xəbərə görə, paytaxta gedən yolun üstündəki son qalanın zəbtindən sonra rəsmi Moskva Dəməşqdə olan Rusiya vətəndaşlarına "təcili bölgəni tərk edin", - xəbərdarlığı edib.
Xatırladaq ki, bu gün günorta Rusiyanın Suriyanın Dəməşqdəki səfirliyi Rusiya vətəndaşlarınn hər təxliyəsi üçün alternativləri olduğunu bəyan edib: "İstənilən şəraitdə Rusiya öz vətəndaşlarını təhlükəsiz formada buradan çıxara biləcək".
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 06 Dekabr 2024 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















