İsrail ordusu Dəməşqə girməyə hazırlaşır: Əsəd koordinatları verib
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Colan təpələrində bufer zonanı zəbt edən İsrail 51 ildən sonra bölgədə irəliləyişini davam etdirir.
Paytaxt Dəməşqə yaxınlaşan İsrail ordusu 300-dən çox hava hücumu təşkil edərək bölgəyə nəzarəti ələ keçirmək üzrədir.
“Cebheinfo.az” xəbər verir ki, Suriyanın silah anbarları, raket başlıqları və döyüş təyyarələrinə İsrailin hava zərbələri endirməsindən sonra rəsmi Təl-Əvivin bu obyektlərin yerini necə öyrənməsi ilə bağlı maraqlı məlumatlar yayılıb.
Qeyd edilir ki, keçmişdə Əsəd ordusunda xidmət etmiş və hazırda müxalifət tərəfində döyüşən kəşfiyyat komandirlərinin belə bilmədiyi hərbi obyektlərin yerini İsrailin əldə etməsi diqqəti çəkib.
Sabiq prezident Bəşər Əsədin Suriyadan qaçarkən təyyarəsinin vurulmaması və hava məkanında heç bir maneə ilə qarşılaşmaması müqabilində bu yerlərin siyahısını İsrailə verdiyi iddia edilir. İsrailin bu zəmanəti aldıqdan sonra Əsədin qaçmasına icazə verdiyi bildirilir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 11 Dekabr 2024 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















